Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2015
16:48
Manata ikinci zərbə gəlir - avro çökür

Yunanıstan hökuməti ilə Avropa İttifaqının kreditorları arasında razılaşmanın əldə edilməməsinin ardınca bu ölkədə defolt təhlükəsi yaranıb.

Avropa Mərkəzi Bankı yunan banklarına təcili kömək göstərilməsini dayandırıb. Nəticədə bankların çökməsi təhlükəsi artıb. Hökumət bunun qarşısını ala bilmək üçün bu gündən etibarən bankları bağlayıb. Həmçinin bankomatlardan gündə 60 avrodan artıq nağd pul çıxarılmasına qadağa qoyub. Ölkənin fond birjası da bağlıdır.

Yunanıstan hökumətinin iyunun 28-də keçirilmiş təcili iclasında qəbul edilmiş qərarda ölkənin maliyyə sisteminin nəğd vəsaitlərin kəskin qıtlığı ilə üzləşdiyi göstərilir və “təxirəsalınmaz tədbirlərin zəruriliyi” qeyd olunur.

Son bir neçə həftə ərzində yunanlar banklardan öz əmanətlərini kütləvi şəkildə çıxarıb, banklardan bir neçə milyard avronun çıxarıldığı bildirilir. Əgər Yunanıstan sabaha - iyunun 30-na qədər Beynəlxalq Valyuta Fonduna əvvəllər götürdüyü kredit faizlərinə görə 1,6 milyard dollar ödəməsə, defolt elan etməli olacaq.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, Yunanıstanda baş verənlər avrozona ölkələrində fond birjalarında çaxnaşma yaradıb. Bu gün Avropanın əksər fond birjalarında indekslər aşağı düşüb. Fond indekslərinin orta hesabla 6-4 faiz arasında aşağı düşdüyü bildirilir. Avronun kursu da dollara nisbətdə aşağı düşüb.

Yunanıstandakı acınacaqlı maliyyə durumu təkcə avrozona ölkələrinə təsir etməyib. Rusiyada da səhmlər ucuzlaşıb, rublun kursu dollara nisbətən 75 qəpik aşağı düşüb. Azərbaycanda da Mərkəzi Bank avronun dollara nisbətdə ucuzlaşması ilə əlaqədar olaraq manatın dollara nisbətdə kursunun aşağı düşdüyünü elan edib.

Yunanıstanla kreditorlar arasında danışıqların uğursuz başa çatması barədə xəbərlərdən sonra dünya birjalarında neft də ucuzlaşıb. Brent markalı neftin 1 barrelinin qiyməti 1.4 faizə qədər aşağı düşüb.

Analitiklər gözləyir ki, sabah Yunanıstan defolt elan etsə, birjalarda indekslər daha da aşağı düşəcək. Bu, bütövlükdə Avropada maliyyə böhranını dərinləşdirə bilər.

Heç şübhəsiz ki, beynəlxalq maliyyə bazarlarında hökm sürən gərginlik Azərbaycan manatına da əlavə risklər yaradır. Mərkəzi Bank bu ilin fevralında həyata keçirilmiş kəskin devalvasiyanın ardınca valyuta ehtiyatlarının sürətlə azalması ilə qarşılaşıb. Hər ay Mərkəzi Bank manatın kursunu sabit saxlaya bilmək üçün 1 milyard dollardan çox vəsait dövriyyəyə buraxıb.

Doğrudur, ötən ay bu tendensiya dayanmış və manatın yeni devalvasiyası ilə bağlı risklər azalmışdı. Ancaq beynəlxalq maliyyə bazarlarında baş verənlər manat üçün də riskləri artıracaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
432

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 03:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru