Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2015
16:00
Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər

Qafqazın ən böyük məscidi olan Heydər məscidi yaxın vaxtlarda istifadəyə verilə bilər. Bu barədə Heydər məscidinin rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli məlumat verib.

Məscidin sürətlə tikilib başa çatdırıldığını deyən S. Həsənlinin sözlərinə görə, hazırda binada xırda təmir işləri aparılır:

“Məscid hələ ibadət üçün istifadəyə verilməyib. Heydər məscidi, bildiyiniz kimi, çox sürətlə tikildi. Onun belə sürətlə tikilməsi möcüzə idi. Lakin bəzi xırda təmir işləri qalıb və hazırda həmin işlər yekunlaşdırılır. Hələ özümüz də məscidin nə zaman istifadəyə veriləcəyini bilmirik, ola bilər ki, yaxın vaxtlarda istifadəyə verilsin”.

Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Qafqazın ən böyük məscidi hesab olan məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də tamamlama-bəzək işləri başa çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Ötən il dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində yaradılmış  "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri təyin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43260

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43179

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42652

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48164

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 00:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru