Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2015
11:57
Nehrəmli qohumunun intihar etməsindən danışdı: “O öləcəyini bilirdi”

“Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı. Buna görə də, sağalmaz xəstəliyə tutulmuşdu”. 

Bu sözləri məşhur iş adamı Hacı İbrahim Nehrəmli yaxın qohumunun intihar etməsinə münasibət bildirərkən Anspress-ə deyib. Biznesmenin sözlərinə görə, qohumu xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı. “Beynində bədxassəli şiş vardı. Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də, tez bir zamanda problemlərini həll etmişdi. Onun şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi”, - deyə Hacı İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, Məzahir Cəfərov beyin xərçəngi olduğunu biləndən sonra çox sarsılıb. Özünə gələ bilmirmiş. “Məzahir Cəfərov evli idi. 2 qızı yetim qaldı”, - deyə Hacı İbrahim Nehrəmli saxlanılıb.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

Özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43316

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41593

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43250

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42707

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42777

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43219
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2020 03:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru