Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2015
11:58
Ölülərin qeybəti - KÖŞƏ YAZISI

- Salam Murad! Səndə bura düşdün, necədir yerin? Haralardasan nə vaxtandır görsənmirsən?

- Salam Arif! Xoş gördük səni, yaman sinıxıbsan, deyən qəbir bərk sıxır səni.

- Demə, yaman dünyada ölü olarkan günah etmişəm...

- Sənə nə oldu belə?

- Nə olacaq, rüşvət aldığım yerdə, gəlib tutdular. O da elə iş açdılar ki, elə bil bütün dövlətin pulunu mən tək yemişəm, ürəyim dözmədi.

- Yadındaır, o günlər necə gəzirdik səninlə, elə bilirdik bura heç düşməyəcəyik.

- Murad, demə, yaman at oynadırdıq, elə bil dünyada əbədi qalacaqdıq.

- Ə, sən də elə o vaxtan qorxaqsan, qorxma nə var ki, burda...

- Qorxma deyirsən, amma hərə öz günahindan cavab verəcək.

- Gəl, səni tanış edim yeni qonşularınla. Bax, o tərəfində yatan tanınmış şəxsiyyətdir. Neçə illər məmur işləyib, danışmağa heyi yoxdur, o qədər xalqın malını talan edib ki, indi yana-yana oynayır. O tərəfindəki məhkəmənin sədri idi, indi də haqq məhkəməsi qurulub, qalıbdır belə, az zamanda o qədər haqqsız qərar verib ki, indi cavab verə bilmir.

- Sən canın demə, öz dərdimizi çəkək. Biz də az zibillər törətməmişiq ölü olanda, indi dirilib qorxuruq.

- Bu nə sudur tokülür üstümə..

- Gözün aydın, oğlun gəlib səni yad etməyə, o da su deyil, göz yaşı tökür.

- Sən canın bunun əlindəki gülə bax, mənə gətirib, sağlığımda buna o qədər sərvət qoymuşam. Demək hamısı boş iş imiş.

- Eh, danışma. Yığdıq bunlara qoyduq, halal demədik, haram demədik...

- O qədər ölü olanda alt qonşumuz deyirdi namaz qıl, gülürdüm ona, deyirdim işin -gücün qurtarıb, bu isti havalarda oruc tutursan...

- Məni demirsən. Evdə anam namaz qılırdı, hey deyirdi, ay oğul, əl çək o içkidən, mən də içib gəlib, yazığın namaz qılan vaxtı möhürünü götürüb gizlədirdim, sonra elə gülürdüm ki, indi vay halıma...

- Ayaq səsləri gəlir deyəsən, kimsə gəlir...

- Bu nədir belə...

İkisinində üzlərinə vahimə, qorxu və həyatlarını, dünyada etdiklərinin sorğu sualının cavabının vermə saatı gəlib çatdı...

Anar Sadıllı

Məqalədə : Ölülərin qeybəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43260

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43184

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42652

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48169

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 00:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru