
Bakıda sabah açılan I Avropa Oyunlarında yarışacaq üç avstriyalı atlet cümə axşamı günü səhər "Atletlər kəndi"ndəki nəqliyyat ərazisində baş verən qəza nəticəsində zədə alıb.
Bu xəbəri Avstriya Olimpiya Komitəsi BBC-ə təsdiqləyib. Onların rəsmi bəyanatında deyilir: "Bu gün - cümə axşamı yerli vaxtla səhər saat 8:30-da Avstriya sinxron üzgüçülük komandasının üç üzvü maşın qəzasına düşüb. Qızlar Olimpiya Kəndində səki ilə gedərkən, avtobus onları vurub".
Komitə bu xəbərdən şokda olduğunu deyib.
"Biz bu hadisədən şoka düşdük və bütün lazımi tədbirləri aldıq" - deyə komitənin baş katibi Peter Mennel deyib.
Avtobusla vurulan atletlərdən Vanessa Sahinoviçin "ciddi zədə" aldığı və bir neçə yerdən sümüklərinin qırıldığı xəbər verilir. Onun nevroloji müalicə üçün Vyanaya təcili yardım təyyarəsi ilə aparıldığı bildirilir.
Üzgüçü Luna Payer qollarından zədə alaraq Vyanaya aparılıb. Verena Breitin zədəsi ağır olmadığından bu gün "atletlər kəndi"nə qayıdır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO