Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2015
10:31
Manatla olan əmanətlərin dollara çevrilməsi ilə bağlı yaranan problemlər
Ekspert Qubad İbadoğlu bu problemden çıxış yolu təklif edir

FaktXəbər-in verdiyi məlumata görə, tanınmış iqtisadçı Qubad İbadoğlu manatla olan əmanətlərin dollara çevrilməsi ilə bağlı yaranan problemlərdən yazıb. Onun sözlərinə görə, son zamanlar manatla olan əmanətlər sürətlə dollara çevrildiyindən banklar kreditləri aktivlərində olan əmanətlərə görə dollarla verir: "Mərkəzi Bankın cəmi depozit bazasının valyutalar üzrə strukturu ilə əlaqədar olan məlumatına görə, bu ilin aprel ayının 1-ə banklarda olan 18 milyarda 531 milyon manatlıq cəmi depozitlərin 12 milyard 572 milyon manatı və 70 faizini dollarla olan əmanətlər təşkil edir".

"Bank əmanətlərinin dollarlaşmasının hazırkı səviyyəsi son 10 ilin ən yüksək göstəricidir. Banklardan manatla geri götürülən vəsaitlər sonradan banklara dollarla qayıtdığından onlar manatla kreditləşməni davam etdirə bilmirlər. Verilən məlumata görə, bu problemi həll etmək üçün Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu öz növbəsində yalnız kreditləşməyə sərf edə biləcəklər" - deyə iqtisadçı bildirib.

Qubad İbadoğlu hesab edir ki, Mərkəzi Bankın bu siyasəti mövcud problemi yumşaltsa da onun dayanıqlı həllini təmin edə bilməyəcək: "Çünki, yaranmış problemin əsl səbəbi manata olan inamın itirilməsindədir, ona görə də belə yanaşma ilə devalvasiya nəticəsində milli valyutanın zədələnmiş reputasiyasını bərpa etmək mümkün olmayacaq. Fikrimcə, mövcud problemin uzunmüddətli dövrdə həlli üçün məzənnənin və əmanət bazarında faiz dərəcəsinin iqtisadi üsullarla tənzimlənməsi siyasəti önə çıxmalıdır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru