Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2015
13:06
Manatla bağlı proqnoz: 1 DOLLAR OLACAQ

"Azərbaycan Mərkəzi Bankın (AMB) valyuta ehtiyyatlarının artması valyuta bazarı və manatın məzənnəsi üçün müsbət siqnal kimi qiymətləndirilə bilər. Çünki rezervlərin artması ən azı psixoloji olaraq bazara müsbət təsir edir". 

Bunu açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Mütəxəssis qeyd edir ki, bu tendensiya, xüsusən manat və xarici valyutaya tələbin formalaşması baxımından əhəmiyyət kəsb edir. "Ötən aydan başlayaraq baş bankın valyuta səbətində avronun payının artması müşahidə olunur. AMB manatın məzənnəsini dollara nisbətdə korreksiya etməyə çalışır. Avronun dünya valyuta bazarındakı dəyəri bahalaşanda manat dollara nisbətdə möhkəmlənir, əks halda isə manatda ucuzlama müşahidə olunur. Bu onu göstərir ki, Avropanın vahid valyutasının məzənnəsi manatın məzənnəsinin müəyyənləşməsinə təsir göstərir". 

İqtisadçı hesab edir ki, manatın məzənnəsində əsas faktor kimi neft hələ də ön plandadır. Neftin bazar qiyməti ölkəyə daxil olan xarici valyutanın həcmini müəyyənləşdirir. "AMB çalışacaq ki, yaxın müddətdə devalvasiyaya getməsin. Çünki praktik olaraq devalvasiya bank sektoruna mənfi təsir göstərəcək. İndiki məqamda Mərkəzi Bankın hədəfi ikinci devalvasiyanın baş verməsinin qarşısını almaqdır. Hazırki vəziyyət imkan verir ki, ölkənin baş bankına manatın məzənnəsini müəyyən etdiyi həddə saxlaya bilsin. Neftin qiyməti dünya bazarında 80 dollara çatarsa və bu həcmdə sabitləşərsə, Mərkəzi Bank manatı möhkəmləndirə bilər. Yəni 1 dolların 1 manata qədər ucuzlaşacağı güman edilir. Çünki neft qiymətinin artması nəticəsində ölkəyə daxil olan xarici valyuta kəskin artır və nəticədə təklif tələbi üstələyir. Bu ssenari tam əks istiqamətdə də baş verə bilər. Yəni, neftin qiyməti 40 dollara qədər ucuzlaşarsa, o zaman manat dollara nisbətdə yumşala bilər". 

V.Bayramovun sözlərinə görə, dünya bazarlarındakı hazırki vəziyyət və neftin qiyməti ilə bağlı müşahidə edilən tendensiya imkan verir ki, Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsin.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru