Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2015
09:29
Azərbaycan İslam Partiyası qərargahdan çıxarıldı

Azərbaycan İslam Partiyası növbəti dəfə haqsızlqla üzləşib. Belə ki, AİP bir ay öncə daşındığı ofisindən köçürülür. Partiyanın Nizami rayonunda yerləşən qərargahına bu gün hücum olub. 

Qərərgahın yerləşdiyi mənzilin sahibi təcili mənzili boşaltmağı tələb edib, əks təqdirdə qərargaha məxsus olan əşyaları bayıra atacağı ilə hədələyib.

Qeyd edək ki, ev sahibi bir ay öncə AİP-lə 1 illik kirayə müqaviləsi imzalayıb. Qanuna uyğun olaraq vaxtlı-vaxtında vergi ödənilib.  

Amma bu gün səhər AİP rəsmiləri qərərgaha gələndə gördüklərinə inanmayıblar. Ev sahibi artıq bir illik müqaviləni pozmadan belə, mənzili başqasına kirayə verib. 

Yeni kirayənişin isə mənzilin hazırkı sahibinə xəbərdarlıq etmədən öz əşyalarını qərargahda yerləşdirib.

AİP sədrinin Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayevin açıqlamasına görə, basqının səbəbi mayın 30-da keçirilən aksiya olub:

“Mayın 30-da AİP Səudiyyə Ərəbistanının ölkəmizdə yerləşən səfirliyinin önündə aksiya keçirdi. Aksiyaçılar Səudiyyə Ərəbistanında haqqında edam hökmü çıxarılan Ayətullah Şeyx Nimrin hüquqlarının tapdanmasına etiraz etdi, eyni zamanda səud rejiminin Yəməni bombalamasını pislədi. Bu gün səhər qərərgaha gələndə isə baş verənlərə mat qaldıq”.

V.İbayev deyir ki, bu AİP-ə qarşı edilən ilk hücum deyil: “Şeyx Nimrə azadlıq istəyən minlərlə haqqsevər insan dünyanın ən inkişaf etmiş ölkələrində ayağa qalxdı və etiraz etdi. Bu gün də dünyanın müxtəlif bölgələrində, İngiltərədə, ABŞ-da, Almaniyada və digər ölkələrdə belə aksiyalar təşkil edilir. Amma bu aksiyaları nə bizdəki kimi polis dağıtmır, nə də hansısa partiyanı qərərgahından qovmurlar”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46886

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45050

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46645

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46275

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51781

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45924

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46463
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 02:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru