Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2015
16:00
“ASAN xidmət” yanğından zərərçəkənlərə səyyar xidmət göstərəcək

“ASAN xidmət”dən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən,yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanmış və ya korlanmış sakinlərə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstəriləcək.

Səyyar şəkildə göstərilən xidmətlər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunur. Bu xidmətlərə Notariat fəaliyyəti, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Xidmətlər 22 may 2015-ci il tarixindən etibarən baş verən yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış qərargahın yanında Səyyar avtomobillər və iritutumlu avtobus vasitəsilə həyata keçiriləcək.

Səyyar ASAN xidmətin iş qrafiki Həftənin bazar ertəsi - cümə günləri saat 10.00-dan 20.00-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 17.00-dək (nahar fasiləsi olmadan) həyata keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 02:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru