Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2015
11:06
Salzburqlu iş adamları `Şuşaya Ədalət!` dedi

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqədə “Şuşaya Ədalət beynəlxalq kampaniyası çərçivəsində konfransın keçirilməsi” adlı layihəni Azərbaycandan kənarda Avstriyanın Salzburq şəhərində keçirməyə haqq qazanmışdır.

Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasının Baş Katibi Elməddin Mehralıyevin təqdimatı altında Avstriyanın iqtisadiyyatında önəmli yer tutan şirkət rəhbərlərinin iştirakı ilə Salzburqda “Şuşaya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində 3 genişçaplı konfransdan ilki 07 May 2015-ci il tarixində ST.VIRGIL konferans mərkəzində baş tutmuşdur. 

Konfransda Şuşa şəhəri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinin, xüsusilə də, qərb mətbuatının o cümlədən, Avstriya Respublikasının diqqətinə çatdırılmışdır. Konfransda müxtəlif fəaliyyət formalarından (sənədli film, videolar və stendlər) istifadə olunaraq Şuşa şəhəri , o cümlədən ermənilər tərəfindən işğal olunmuş digər ərazilərimiz haqqında mövcud olan yalan və saxta məlumatlar ifşa edilərək Avstriya iş adamlarının diqqətinə çatdırılmışdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
303

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 08:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru