Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2015
11:57
Səbail rayon icra başçısının oğluna 5 il 6 ay həbs cəzası verildi - FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və "McDonalds Azərbaycan"ın sədri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin düşdüyü qəza ilə bağlı hökm oxunub. 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ötən ilin sentyabrın 27-də Zığ yolunda baş verən qəzada İlham Əsgərlinin idarə etdiyi maşınla Əhliman Süleymanovun idarə etdiyi yük avtomobilini vurub. İ.Əsgərlinin idarə etdiyi maşında olan dostu Sənan Mirzəyev vəfat edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
277

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
400

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1279
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 10:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru