Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 May

2015
13:22
Məhkəməni udan Qarabağ əlilini kim və niyə hədələyir?

«Bildiyiniz kimi, artıq 1 ildir ki, biz 2 nəfər Qarabağ əlili Azəriqaz İB-ni Nəsimi QİS-dən qanunsuz olaraq ixtisara salındığımız üçün məhkəmə çəkişmələrindəyik. Xətai rayon məhkəməsini avqust ayında, Apellyasiya məhkəməsinin isə noyabrda udmağımıza baxmayaraq, biz işimizə qayida bilmirik». 2-ci qrup Qarabağ muharibəsi əlili Əhməd Rəhmənov FaktXeber.com-a ünvanladığı şikayət məktubunda bunları deyib. 

Onun sözlərinə görə, işlərinə qayıda bilməmələrinə səbəb «Azəriqaz»in hər dəfə məhkəməyə yalan informasiya verməsidir: «Yalan informasiya da ondan ibarətdir ki, «Azəriqaz» hər dəfə hamıya car cəkir ki, guya bizim ixtisas (yəni Qaz bərpa işləri uzrə çilingər) vəzifəsi tamamilə yoxdur. Amma sizə göndərdiyim sənədə baxsanız görərsiniz ki, ixtisardan sonra hər rayonda 6 nəfər çilingər qalıb».

Sənəd:

Əhməd Rəhmanovun sözlərinə görə, Nəsimi rayon bölməsində hələ üstəlik 2 nəfəri də onların yerinə sonradan işə göturub.

2-ci qrup Qarabağ əlili onlara başqa bir idarədən iş təklif edildiyini,  razı olmadıqları üçün isə Hüquq şöbəsinin rəisinin şahidlərin qarşısında onlara hədə-qorxu gəldiyini bildirib: «Mənə dedilər ki, bizim imkanlarımız böyükdür. Elə edəcəksiniz ki, birinci  və ikinci məhkəmə instansiyasının verdiyi qərara görə sizə veriləsi olan məcburi iş buraxmanın əmək haqqından da qalacaqsınız».

Əhməd Rəhmanov bildirir ki, hədəlri qəbul etmədikdə isə onlar ali məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Əhməd Rəhmənov 1994 ildən bəri 2-ci qrup Qarabağ muharibəsi əlili olmasına baxmayaraq, təqaüdünün azlığından işləməyə məcburdur. Bu səbəbdən də 1996-cı ildən "Əlillərin Sosial mudafiəsi haqqında qanunun 25-ci maddəsinə əsaslanaraq "Azəriqaz" İB-nin Nəsimi QİS-ində fəhlə işləyirdi. Elə maddi cətinliklər üzündən də gec ailə qurub və hal-hazırda 2 azyaşlı övladı var (biri Autizm sindiromludur). Bu günəcən dövlətdən nə ev, nə də maşın almayıb.

Əhməd Rəhmanov bundan əvvəlki müraciətində ötən ilin iyun ayında idarə rəhbərliyinin 12 fəhlədən 6-sını ixtisara saldığını və onların yerinə sonradan yenə 2 nəfər götürdüyünü bildirmişdi: «İxtisara salınanların ikisi Qarabağ müharibəsi əlili oldu. 2 nəfərin biri mən oldum..."

REDAKSİYADAN: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
BÖLMƏNİ DÜZ SEÇ!
10

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
40

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
70

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
160

Bakıda professor evində ölü tapılıb

21

Noyabr
11:59
HÜQUQ,HADİSƏ
246

Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub

21

Noyabr
11:25
BÖLMƏNİ DÜZ SEÇ!
165

FHN: 233 binaya müsbət rəy verilib

21

Noyabr
11:25
ÖLKƏ
177

ATƏT sədri Azərbaycana gəlir

21

Noyabr
11:18
SİYASƏT
132
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 16:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru