Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2015
09:55
Banklardakı manat qıtlığının səbəbi nədir ? - AÇIQLAMA

"Hazırkı şəraitdə riskləri daha yaxşı idarəedən banklar fəaliyyətini davam etdirə biləcək".

Bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, hazırda banklarda manat qıtlığının əsas səbəbi dollarla olan əmanətlərin artımıdır:

"Bu ilin ilk 2 ayı ərzində əhalinin bank əmanətlərin valyuta tərkibindəki dəyişikliklər bu prosesi daha da kəskinləşdirib. Bu da milli iqtisadiyyatda dollarlaşma səviyyəsinin sürətli artımı ilə bağlıdır. Belə ki, Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumata görə, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Onun müqabilində həmin ay ərzində banklara 2 milyard 99 milyon dollar vəsait xarici valyuta ilə yerləşdirilib. Yəni fevral ayında manatla olan əmanətlər əvvəlki ayla müqayisədə 30 faiz azaldığı halda, dollarla əmanətlər 73,5 faiz artıb.

Beləliklə də bu ilin mart ayının 1-nə, əhalinin ümumi əmanətlərin 37,5 faizini manatla, 62,5 faizini isə dollarla olan əmanətlər təşkil edib".

Ekspert fikrincə, ötən ilin oktyabr ayında bu göstərici tamamilə əksinə idi:

"Yəni, fiziki şəxslərin o zamana olan cəmi əmanətlərində manatla əmanətlərin payı 63 faiz, dollarla əmanətlərin payı isə 37 faiz təşkil edirdi. Ötən 4 ay ərzində bu nisbətin sürətlə dəyişməsi ilk növbədə də bankların işini xeyli çətinləşdirir. Belə ki, parnik şəraitində bəslənən banklar dollarla yığdığı vəsaitləri həmin valyuta ilə kredit verməkdə çətinliklər və risklərlə üzləşirlər. Çünki, martın 1-ə olan digər məlumata görə, vaxtında geri qaytarılmayan borcların məbləği 1 milyard 138 milyon 200 min manatı ötüb. Yalnız fevral ayında bu qəbilədən olan borclar 107,3 milyon manat artıb".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru