Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2015
19:53
Azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçiriblər - FOTO

Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn dəstəkçiləri bir araya gəlib iki günahsız mülki azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistan işğalı altında olan öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz piketi keçiriblər. Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər. Girovluqda olan iki azərbaycanlı 2014-cü ilin iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülmüşlər. Digər üçüncü şəxs, 38 yaşlı Həsən Həsənov isə öldürülmüşdür. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum etmişdir.   

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin  İctimaiyyətilə əlaqələr üzrə meneceri Cək Peqoraro Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, azərbaycanlı girovlar onların torpağını işğal edən qüvvələrin qondarma məhkəməsi tərəfindən mühakimə olunublar. Onların yaşını diqqətə alsaq, bu insanların öz doğmalarının qəbirlərini ziyarət etməkdən başqa bir niyyətlə ora getdiklərini düşünmək cəfəngiyat olar. Biz burada bu şəxslərin dərhal azad edilməsini və Ermənistan qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq.

Qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, Beynəlxalq Humanitar Hüququ,  BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın Mülki və Siyasi hüquqlar haqda Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoria Nuland  Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb etmişdir.  
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini sözügedən girovların mülki şəxs olduğunu nəzərə alaraq, bu qeyri qanuni aktı pisləmişdir.


Bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizni işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bugünə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri konstruktiv mövqeyinin göstəricisidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
303

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 08:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru