Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2015
16:35
Televiziyanın `Qaynar xətt`i tamaşaçıya sayğısız cavab verib
“Sənin işin-gücün qurtarıb? Baxmaq istəmirsən baxma”

““Televiziya və radio yayımı haqqında” qanunda edilən son dəyişiklik bizə imkan verir ki, istənilən telekanalda ciddi etiraza səbəb olan, qanun pozuntuları ilə müşayiət oluna biləcək verilişi ən azı bir ay müddətinə dayandıraq”.

FaktXəbər-in məlumatına görə, bunu APA-ya Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib. MTRŞ sədrinin müavini bildirib ki, telekanallar tamaşaçıların artan tələbatını mütləq nəzərə almalıdır: “Milli Televiziya və Radio Şurası 2002-ci ildən etibarən fəaliyyət göstərir. Bu müddətdə bizim sahə üçün bilavasitə əsas qanun olan “Televiziya və radio yayımı haqqında” qanuna bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Sonuncu dəyişikliklə Şuraya bir sıra səlahiyyətlər verilib. Həmin səlahiyyətlərin olmaması ucbatından müəyyən qədər çətinliklə üzləşirdik. Birinci növbədə, bu vaxta kimi Şuranın hansısa bir televiziya verilişini bağlamağa səlahiyyəti çatmırdı". 

Sədr müavininin sözlərinə görə, daha ciddi məqamlardan biri ondan ibarətdir ki, yayımçı bir ildə azı üç dəfə teleradio yayımı sahəsində cəza tədbiri alırsa, artıq onun fəaliyyətini dayandırılması məsələsi gündəmə gəlir: "Bu gün şura daha çox artırılan səlahiyyətlər barəsində yox, üzərinə düşən vəzifələrin daha məsuliyyətlə icrası barədə düşünür. Biz telekanalların daha peşəkar səviyyədə fəaliyyət göstərməsinin tərəfdarıyıq. Tamaşaçı və dinləyicilərin zövqü hər gün, hər saat nəzərə alınmalıdır. Televiziyalar tamaşaçıların artan tələbatını nəzərə almalıdır. Bunun üçün daha rəngarəng, daha keyfiyyətli verilişlər ortaya qoymaq zərurəti meydana çıxır. Bu gün dünyanın müxtəlif reytinqli kanallarındakı reytinqli verilişləri izləyən Azərbaycan tamaşaçısının diqqətini zəif verilişlərlə cəlb etmək olmaz. Etiraf etməliyik ki, bizim telekanallarda yayımlanan ayrı-ayrı verilişlər tamaşaçıların tələb etdiyi səviyyədə deyil. Burda tamaşaçılar yox, həm də telekanalların özləri də itirir. Zəif verilişlərə kim reklam yerləşdirmək istəyər?!”

Q. Cəbiyev qeyd edib ki, MTRŞ son dəyişikliklərdən nə əvvəl, nə də indi telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə edir: “Təəssüf ki, ayrı-ayrı telekanallarda yayımlanan verilişlər ictimai narazılığa, etirazlara səbəb olur. Cəmi iki gün əvvəl bir vətəndaş bizə yazılı şəkildə müraciət edib. Deməli telekanalların birinin efirində gedən xoşagəlməz bir əhvalat tamaşaçının narazı salıb və o, həmin telekanalın “Qaynar xətti”nə zəng edib. Tamaşaçı onlara narazılığı bildirəndə ona deyiblər ki, “Sənin işin-gücün qurtarıb? Baxmaq istəmirsən baxma”. Tamaşaçıya bu cür sayğısızlıq göstərmək olmaz. Görüləsi işlər çoxdur. Tədricən telekanallar daha keyfiyyətli verilişlər hazırlayacaq. Bunu da demək istərdim ki, ictimaiyyət tərəfindən maraqla izlənən verilişlərin sayı da az deyil”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45030

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46615

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46235

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51746

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45884

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 21:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru