Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Aprel

2015
20:50
Bakıda təcili yardım avtomobilinə belə yol verirlər, xaricdə isə... - VİDEO

Bakıda əksər sürücülər yaralı və xəstə insanlara kömək üçün yollanan Təcili Tibbi Yardım maşınlarına nədənsə yol vermir.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Təqdim olunan videodan məlum olur ki, yardım üçün yollanan qırmızı, göy işıq və xüsusi səs siqnalı ilə işarə verən Təcili Tibbi Yardım maşınları digər avtomobillər yaxınlaşdıqda acınacaqlı vəziyyət ilə rastlaşır. Belə ki, operativ nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkət edən maşınlara xüsusi işarə versə də ona yol verən olmur.

Məsələ ilə bağlı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Oxu.Az-a bildirdilər ki, Təcili Tibbi Yardım maşınlarına yol verməyən sürücülərlə onlar da çox rastlaşırlar.

“Yaralı və xəstə insanlara kömək üçün yollanan Təcili Tibbi Yardım briqadaları belə hallarla rastlaşırlar. Bəzən bunun nəticəsində Təcili Tibbi Yardım maşını yaralı və xəstə insanların yardımına vaxtında çata bilmirlər. Əlbəttə ki, nəticədə həm yardım gözləyən insan, həm də yardım göstərən insan əsəb keçirir”. 

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Oxu.Az-a verdiyi məlumata görə, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər qanunverciliyə uyğun qaydada cəzalandırılırlar. 

Kamran Əliyevin sözlərinə görə, bu primitiv qaydalardır - operativ nəqliyyat vasitələrinə mütləq yol verilməlidir. 

“Ola bilər ki, operativ nəqliyyat vasitəsi hesab olunan yanğından mühafizə xidməti, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin maşınları, elə həmin – onlara yol verməyən sürücünün ailəsinin yardımı üçün yollansın və sürücü isə ona yol vermədiyi üçün acı nəticə ilə rastlaşsın”.

Göy işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitələrinə yol vermədiyinə görə, sürücülərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə  müvafiq olaraq 60 manat, əlavə olaraq isə onlara 3 cərimə balı yazılır. 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi qeyd edib ki, bununla bağlı DYP tərəfindən mütəmadi olaraq sosial çarx hazırlanıb, nümayiş olunur. Sosial çarxda operativ nəqliyyat vasitəsinə yol verməyən sürücüyə görə faciə baş verdiyi göstərilir.

Xaricdə təcili yardım avtomobilinə belə yol verirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 20:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru