Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2015
12:35
Hava soyuyacaq, bəzi yerlərdə qar yağacaq - Sinoptiklərin xəbərdarlığı

Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə, mart ayının son günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Gözlənilən hava şəraiti mart üçün xarakterik sayılır və anomal hesab edilmir.

Martın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47011

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45180

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46775

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46395

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46055

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46568
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 17:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru