Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Mart

2015
12:44
Azərbaycanda uşaqlar niyə intihar edirlər? - ARAŞDIRMA
"Bəzi ailələr psixoloqa müraciət etmək istəmirlər, bəzən də psixoloqla psixiatrı eyniləşdirirlər"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında intihar hallarının qarşısının alınması məqsədilə internet təhlükəsizliyi sisteminin yaradılmasını vacib sayır. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova Trend-ə deyib ki, uşaqlar arasında intihar hallarının baş verməsi bütün dünyanı, cəmiyyəti narahat edən əsas məsələlərdəndir.

Komitə səlahiyyətlisinin sözlərinə görə, uşaqlar arasında intiharların baş verməsinin müxtəlif səbəbləri var. İntiharların əsas səbəbləri ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, informasiya bolluğu, internet üzərindən, xüsusən də sosial şəbəkələrdən əldə olunan mənfi nümunələrdən özlərinə pay götürən uşaqların valideynləri ilə davranışları, uşaqların müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar, depressiyalardır: "Uşaqların intiharına birbaşa ən çox təsir edən amillərdən biri sosial şəbəkələrdir. Buna görə də internet təhlükəsizliyi sistemi yaradılmalıdır”.

S.Qəhrəmanova bildirib ki, uşaqlar arasında intihar hallarının qarşısının alınması psixoloq institutunun formalaşması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə, xüsusilə məktəb psixoloqları ilə işlər daha da gücləndirilməlidir.

Komitə rəsmisi hesab edir ki, orta məktəbdən əlavə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Buna görə də ata-ana uşağının davranışına, nələri izləməsinə, uşağın ünsiyyətdə, əlaqədə olduğu çevrəsinə xüsusi diqqət etməlidir: “Ailə psixoloqlarının hazırlanması da vacib məsələlərdən biridir. Bəzi ailələr psixoloqa müraciət etmək istəmirlər, bəzən də psixoloqla psixiatrı eyniləşdirirlər. Bu istiqamətdə də iş aparılmalıdır”.

Qeyd edək ki, 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intihar hallarının sayı 0,6 təşkil edir. Kişilər arasında bu göstərici 1, qadınlar arasında 0,3-dür.

İntihar hallarının 60%-i yaz-yay aylarında baş verir. Belə hesab edilir ki, intiharın əsasını, yəni 70%-ni depresiya təşkil edir. Ümumiyyətlə isə depresiya keçirən insanların 15 %-i intihar edir. İntiharın 41%-nin səbəbi məlum deyil, 19% cəzalanma qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6% ehtirasa, 3% pul itkisinə, 1,4% həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə baş verir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43260

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41553

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43184

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42652

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48169

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42701

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43114
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2020 00:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru