Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Mart

2015
12:30
Manatın yenidən ucuzlaşması nə ilə bağlıdır? - MÜNASİBƏT

“Son günlər Bakının valyuta dəyişmə məntəqələrində manatın ucuzlaşması və buna uyğun olaraq xarici valyutaların, xüsusən də ABŞ dollarının məzənnəsində artımlar müşahidə edilir. Novruz bayramında manat yenidən dəyər itiməkdədir. Demək olar, əksər valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın müəyyənləşdirdiyi 2 faizlik marjda ən yüksək kursu təklif edirlər”.

FaktXəbər-in məlumatına görə, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri (İSİM), iqtisadçı ekspert Vüqar Bayramov bildirib.  Onun fikrincə, Mərkəzi Bankın martın 19-da təsadüf edən sonuncu rəsmi məzənnəsində 1 ABŞ dolları üçün 1.0486 manat müəyyənləşdirilsə də əksər valyuta dəyişmə məntəqələrində dollar 1.067 manata təklif edilir: “Apardığımız monitorinqlər göstərir ki, hələlik valyuta dəyişmə məntəqələri Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı müəyyənləşdirdiyi limit-meyarlarına əməl etməyə çalışırlar. Bəs, bayram günlərində manatın daha da ucuzlaşması nə ilə bağlıdır? Manatın kursunun aşağı düşməsi və dolların məzənnəsinin yüksəlməsi xarici valyutalara tələbin artması və əksinə xüsusən də dollar təklifinin azalması ilə bağlıdır. Novruz bayramında qeyri-iş günlərinin sayı çox olması xaricə istirahətə gedənlərin sayının artmasına səbəb olub. Xaricə gedən vətəndaşlarımız isə öz manatlarının bir qismini xarici valyutalara xüsusən də, dollara çeviriblər. Bu isə valyuta dəyişmə məntəqələrində xarici valyutalara tələbi artırıb. Eyni zamanda, qeyri-iş günlərin uzun müddətli olması və bu müddətdə Mərkəzi Bankın və eləcə də kommersiya banklarının işləməməsi valyuta dəyişmə məntəqələridə dollar qıtlığı yaradıb. Mərkəzin Bank bayram günlərində, praktik olaraq, valyuta bazarına intervensiya etmir və baş bank dollara olan tələbin ödənilməsində “bayram günləri” götürüb. Kommersiya banklarının, demək olar, hamısının qeyri-rəsmi iş günləri fəaliyyət göstərməməsi də dollar təminatını xeyili aşağı salıb”.

İqtisadçı ekspert hesab edib ki, bu baxımdan, dollara artan tələbi heç də bütün valyuta dəyişmə məntəqələri qarşılaya bilmirlər: “Güman edilir ki, növbəti rəsmi iş gününədək dolların məzənnəsi yüksək olaraq qalacaq. Yalnız Mərkəzi Bankın yenidən intervensiya baş verdiyi halda məzənnənin stabilləşməsi müşahidə etmək mümkün ola bilər”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
432

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 03:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru