Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2015
20:43
Avropa Şurası: “İlqar Məmmədov dərhal azad edilsin!”

Avropa Şurası Nazirlər Komitəsi dünən martın 12-də keçirdiyi iclasında İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə qəbul edib.

Bu barədə məlumat verən vəkil Fuad Ağayev saytına açıqlamasında bildirib ki, həmin qətnamədə İ.Məmmədovun hələ də həbsdə saxlanmasından, Ali Məhkəmənin isə onun şikayətlərinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmasından narahatlıq ifadə olunur.

AŞ Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini İ.Məmmədovu dərhal azad etməyə çağırıb. Qurum Azərbaycan hakimiyyətinə “ləngimədən hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırılması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumatın təxirə salınmadan təqdim olunmasına” dair çağırışını da təkrarlayır.

Qeyd edək ki, ReAl hərəkatının lideri İ.Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart, 2013-cü il tarixli hökmü ilə 7 il müddətinə həbsə məhkum edilib. O və daha 17 nəfər İsmayıllı iğtişaşlarının təşkilində ittiham olunurlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16118

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14777

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16171

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15775

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21149

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15674

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15800
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-08-2020 09:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru