Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2015
10:28
Ağ Ev Netanyahunun Konqresdəki çıxışını «tamaşa» adlandırdı - VİDEO
«Nə yeni bir ideya, nə yeni bir alternativ… Başdan ayağa ritorika və fəaliyyətsizlik»

ABŞ/ FaktXəbər-in verdiyi məlumata görə, İsrailin baş naziri  Binyamin Netanyahu dünən  ABŞ  konqresmenləri qarşısında çıxış edib. O, Obama  hökumətini, BMT TŞ-nin  digər üzvlərini və Almaniyanı İranla müzakirə etdikləri razılığa görək kəskin tənqid edib.

O, bu addımın yəhudi xalqının soyqırımına gətirəcəyini, yeni sazişin «silahla vidalaşma» deyil, «silahlandırmaya nəzarətlə vidalaşma» olduğunu deyib və  İranın İŞİD-dən heç də təhlükəsiz olmadığını deyib: «Onlardan biri özlərini İslam Respublikası, digəri «İslam dövləti» adlandırır. Lakin hər ikisi əvvəl regionda, sonra isə bütün dünyada islam imperiyası qurmaq istəyir. Əlbəttə, onlar öz aralarında bu imperiyanı kimin idarə edəcəyi barədə razılığa gələ bilmirlər. Taxt uğrunda ölümcül müharibədə  nə Amerikanın, nə də İsrailin  yeri yoxdur».

Obama Administrasiyası isə Netanyahunun  bu çıxışını "tamaşa" və "diqqəti yayındırma" adlandırıb.

Sitat: «Nə yeni bir ideya, nə yeni bir alternativ… Başdan ayağa ritorika və fəaliyyətsizlik».

Vaşinqton deyir ki, Netanyahu hökuməti  İranla sazişin pozulmasını istəyir, ancaq heç bir təklif də irəli sürmür: «Baş nazir heç bir zaman ABŞ-da bu qədər az populyar olmamışdı.

Netanyahu  Konqres qarşısında çıxışı ilə Obamaya üçüncü dəfə idi ki, saymazlıq göstərirdi. Xatırladaq ki, o, Ağ Evin razılığını almadan  konqresə gəlmişdi.

Uinston Çorçildən başqa heç bir xarici lider bu addımı atmayıb. Eyni zamanda  heç bir xarici lider  buna qədər  prezidentin arxasınca bu işləri görməyib.

FaktXəbər-in verdiyi məlumata görə, 50-dən çox konqressmen  çıxışda iştirak etməkdən imtina edib. Onlar hesab ediblər ki, İsrailin baş naziri  Obamaya qarşı son dərəcə hörmətsizlik edib. Əvvəlki çıxışlarında Netanyahunun  arxasında əyləşən vitse-prezident Co Bayden də yox idi. O, hazırda xaricdə olsa da, bu bir daha iki ölkə arasında gərgin münasibətlərin göstəricisidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53961

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru