Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Mart

2015
11:00
Çörəyin qiymətində niyə qiymət artımı olmalıdır ki?

Mərkəzi Bank manatın məzənnəsinin ucuzlaşdırması və dolların bahalaşması fonunda bəzi “iqtisadçılar” tərəfindən ölkədə inflyasiyanın kəskin artacağı ilə bağlı ehtimallar irəli sürülürdü. “Sosial-İqtisadi və Ekoloji İnkişaf ” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, bu cür əsaslandırılmamış fikirlər isə əhalidə ərzaq məhsullarının, xüsusilə hər birimizin istehlak səbətində əhəmiyyətli yeri olan çörəyin bahalaşması nararahatçılığını yaradırdı.

Onun sözlərinə görə, ancaq bir neçə gün ərzində apardığımız müşahidələr göstərir ki, hazırda çörəyin qiymətində heç bir dəyişiklik yoxdur: "Yəni manatın məzənnəsinin ucuzlaşmasından sonra da marketlərdə əsas ərzaq məhsullarının, o cümlədən çörəyin satışı köhnə qiymətlərlə davam etdirilir. Bu gün mağazalarda istehlakçılar mağazalarda istədiyi çeşiddə çörək və un məhsullarını əvvəlki qiymətlərlə ala bilərlər".

R.Mehdiyeva hesab edir ki, bu, dövlət başçısının ciddi tapşırıqlarından sonra sahibkarların üzərlərinə düşən məsuliyyəti daha ciddi dərk etməsinin və müvafiq qurumların nəzarətinin gücləndirilməsinin nəticəsidir: "Mətbuatdan da məlum olduğu kimi, dövlət qurumlarının istehlak bazarına intensiv nəzarət tədbirləri davam etdirilir. Odur ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək sui-istifadə hallarından çəkinməli, süni qiymət artımına yol verməməlidirlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54923

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52994

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54410

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54164

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59604

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53843

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54185
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 21:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru