Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2015
14:52
“Sədərək”dən qiymət artımı haqda AÇIQLAMA

“Sədərək” Firmasının mətbuat mərkəzi Sədərək Ticarət Mərkəzində qiymət artımı və bəzi ticarət obyektlərinin bağlanması ilə bağlı yayılan məlumatlarla əlaqədar olaraq açıqlama yayıb. 

Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, ölkə iqtisadiyyatının inkişafında yaxından iştirakı ilə seçilən iş adamları, sahibkarlar  artıq neçə illərdir ki, burda sərbəst şəkildə öz bizneslərini qura biliblər: “Təsadüfi deyil ki, istər ölkə daxilindən, istərsə də yaxın, qonşu dövlətlərdən bura hər gün yüzlərlə alıcı gəlir. Ticarət mərkəzində satılan  malların çeşid bolluğu, üstəlik topdan və pərakəndə satış qiymətlərinin alıcıların cibinə və zövqünə uyğun, müvafiq və sərfəli olması da Sədərək Ticarət Mərkəzinə diqqət və marağı hər gün artırır.

Valyuta kurslarında baş vermiş son dəyişikliklərin guya Sədərək Ticarət Mərkəzinə mənfi  təsiri, mağazaların bağlanması, sahibkarların ticarət mərkəzini tərk etmələri barədə dərc olunmuş məlumatlar  əsassızdır və bu tipli yazılar təkcə ölkə iqtisadiyyatının sabitliyini pozmağa, əhalini çaşdırmağa yönəlməyib, həm də ticarət mərkəzində fəaliyyət göstərən iş adamlarının, sahibkarların işgüzar imicinə xələl gətirməkdədir. 

Qeyd edirik ki, hal - hazırda Sədərək Ticarət Mərkəzində ticarət əvvəlki axarında davam edir, heç bir mağaza bağlanmayıb, boşaldılmayıb. Sahibkarlar arasında heç bir narazılıq, gərginlik yoxdur. Son günlərin qarlı, şaxtalı havaları belə ticarət mərkəzində alış-verişə öz mənfi təsirini göstərməyib. 

“Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar bütün alıcıları və şəhərimizin qonaqlarını əsassız şayiələrə məhəl qoymamağa çağırır və hər zaman xoş ünsiyyət gördükləri, əlverişli alış-veriş etdikləri məkanda daim onların yolunu gözləyir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53966

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru