Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Fevral

2015
12:51
İqbal Ağazadənin manat etirazlarına spikerin və deputatın cavabı

“Mərkəzi Bank 21 fevral tarixli qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda zərər dəyib”. Bunu millət vəkili İqbal Ağazadə deyib. O bildirib ki, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər:

“Ancaq necə olur ki, 34% bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 mlrd. manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34%-lik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə İqbal Ağazadəyə cavab verib. O bildirib ki, əhalinin banklarda olan 3mlrd. manatlıq əmanətlərinə ziyan dəyib sözləri ilə razı deyil: “Dünyada gedən proseslərə baxın. Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta rezervləri var. Biz bu rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 %-i ölkə daxilində istehsal olunur. Niyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?”- deyə spiker bildirib.

Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksassiya edilməsi fikri düzgün deyil: “Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54141

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52254

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53704

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53434

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53069

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53493
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 19:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru