Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2015
10:12
SƏBA ASC-dən Vergilər Nazirliyinə etiraz

Dəvəçi Broyler Dərin Emal MMC-yə tətbiq edilən vergi satış həcmindən 7 dəfə artıqdır.

Səba ASC Vergilər Nazirliyinin onun ofisinə müdaxiləsi ilə bağlı bəyanat yayıb.

25 faiz payı dövlətin olan, son 3 il ərzində dövlət büdcəsinə 6 milyon AZN-dən artıq vergi ödəyən şirkət ofisində əsassız axtarışları dövlətin dəstəklədiyi kənd təsərrüfatı məhsulları istehsalı fəaliyyətinə maneə kimi qiymətləndirib. Şirkət Vergilər Nazirliyinin bu addımını Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına, vergi qanunvericiliyinə, sahibkarlığa dəstək addımlarına zidd və daxili istehsala zərbə olduğunu bildirib.

Şirkətin bəyanatında deyilir: “Səba ASC-nin törəmə müəssisəsi olan Dəvəçi Broyler Dərin emal MMC-yə qarşı 2012-2014-cü illər üçün 276,055.26 AZN əlavə vergi məbləği və 140,052.86 AZN  maliyyə sanksiyası hesablanıb. Lakin Dəvəçi Broyler Dərin Emal MMC Vergilər Nazirliyinin bu vergi məbləğlərini təsdiqləyən 15 dekabr 2014-cü il tarixli qərarını əsassız hesab edərək, məhkəməyə müraciət edib.

Bundan sonra Dəvəçi Broyler Dərin Emal MMC-nin fəaliyyəti dayandırılıb və işçilərinə vergi əməkdaşları tərəfindən təzyiqlər başlanıb. Şirkət məhkəmə iddiasından əl çəkməsə də, istehsal prosesinin dayanmaması və işçilərin rahatlığı üçün tələb olunan məbləği ödəyib. Lakin fevralın 19-da Vergilər Nazirliyi Səba ASC-yə və onun törəmə müəəssisələrinə vergi cinayətləri ilə bağlı istintaq işinə başlayıb və Səba-nın baş ofisinə və müəssisələrinə böyük istintaq qrupları göndərib.

Məlumat üçün bildirək ki, Dəvəçi Broyler Dərin Emal müəssisəsinin istehsal həcmi 1 gün səhər saat 9.00-dan 17.00-dək işlədilmiş elektrik enerjisi əsasında hesablanıb. Həmin gün müəssisənin elektrik xəttinə qoşulmuş ampertutqacla enerji sərfiyyatı dəqiqləşdirilib və həmin göstərici geri tarixlə 01.01.2012-01.04.2014 tarixlərinə tətbiq edilib. Bu 2 illik enerji sərfiyyatına görə də, müəssisəyə istehsal həcmi hesablanaraq, vergi məbləği çıxarılıb.

2011-ci ildə fəaliyyətə başlayan Dəvəçi Broyler Dərin Emal MMC-yə 5 milyon AZN investisiya qoyulub, lakin bu müddətdə müəssisə hədəflənən bazar payını əldə edə bilməyib. Əsasən sosis, kolbasa, naqqits, kotlet və farş istehsal edən müəssisənin 2014-cü ildə illik satışı 140,601 AZN olub. Bu da ümumi bazar payının cəmi 0,8 faizini təşkil edir. Başqa sözlə desək, Vergilər Nazirliyinin qərarına görə Dəvəçi Broyler Dərin Emal MMC-yə tətbiq edilmiş verginin məbləği satış həcmindən orta hesabla 7 dəfə artıqdır.

Biz hesab edirik ki, Vergilər Nazirliyinin Dəvəçi Broyler Dərin Emal MMC-yə qarşı bu ədalətsiz vergi iddiası Azərbaycan Respublikasının dövlət başçısının kənd təsərrüfatının inkişafına dəstək, sahibkarlığın inkişafına yardım, eləcə də daxili istehsalın artırılması üçün daim müxtəlif dövlət strukturlarına verdiyi göstəriş və sərəncamlara ziddir. Vergilər Nazirliyinin Səba ASC ofisinə vergi yoxlamasına gəlməsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və ölkənin vergi qanunvericiliyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin kobud şəkildə pozulmasıdır.

Bu müdaxilələr quş əti istehsalında ölkənin lider şirkətlərindən olan Səba-nın fəaliyyətinə mane olur və əhalinin ölkədə dövlət standartı ilə təsdiqlənmiş yeganə halal toyuq və toyuq məhsulları ilə təmin edilməsinin qarşısını alır.

Səba ASC təəssüflə bildirir ki, hakimiyyətin müəyyən etdiyi inkişaf kursuna, dövlətçiliyə, ölkənin iqtisadi inkişafına mane olan, ölkə qanunvericiliyini kobud şəkildə pozan məmurlar hələ də mövcuddur və bu məmurların cəzalandırılması üçün ən son məhkəmə instansiyalarına qədər mübarizəsini davam etdirəcək».

Xatırladaq ki, Səba ASC Azərbaycanda dövlətin 10 milyon AZN kredit dəstəyi ilə ilk özəl pilot layihəsi yaradan müəssisədir.“Səba” toyuq əti və toyuq məhsulları ölkədə dövlət standartı ilə halal sertifikatı almış ilk və yeganə əmtəə nişanıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
271

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
287

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
468

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
333

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
264

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 00:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru