Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2015
16:00
Əli Məsimli: `Manatın manevr imkanları artacaq`

"2008-ci ilin qlobal maliyyə böhranı yaranan zamanda Azərbaycanın bank sistemində manevr etmə imkanlarından maksimum istifadə olunurdu. Post - sovet məkanında Azərbaycan manatı daha dayanıqlı formada az itki ilə həmin böhrandan çıxa bildi". Bunu SəsTv-yə açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

Onun sözlərinə görə, hazırda da Azərbaycan bu proseslərdən az itki ilə çıxa biləcək. Lakin əvvəlki illərdən fərqi bu dəfə avro ilə də qurulan münasibətlərdir: "Hazırda da Azərbaycan manatının indiki proseslərdən də az itki ilə çıxma ehtimalı var. Sadəcə olaraq həmin siyasət təkrar olunur. Əvvəllər əgər manat 100 faiz dollara bağlı idisə, indi isə 70 faiz dollara bağlı olacaq. Yerdə qalan faizi isə avroya bağlı olacaq və bu manevr etmə imkanlarını artıraracaq. Xeyli dərəcədə hər ay intervensiya xərclərini aşağı salacaq".

Əli Məsimli həmçinin vurğuladı ki, inflyasiya yaratmaqla neftdən kənar sahələrin inkişafına nail olmaq olar. Lakin inflyasiyanı cilovlamaq da lazımdır: "Müəyyən dərəcədə inflyasiya yaratmaqla qeyri - neft sektorunun fəallığına gətirib çıxaracaq və neftdən kənar sahələr yaxşı təşkil olunsa eksport imkanlarını da genişləndirə bilər. Müəyyən dərəcədə inflasiyanı cilovlamaq lazımdır ki, əhalinin güzəranına mənfi təsir göstərməsin".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru