Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2015
13:13
Manat macərası: əvvəl təlaşa salıb, sonra sakitləşdirməyin məqsədi ?

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun manatın məzənnəsi ilə bağlı “Financial Times” qəzetinə etdiyi açıqlamanın ardından ölkənin valyutadəyişmə məntəqələrində silkələnmə oldu. Elman Rüstəmov qəzetə müsahibəsində demişdi ki, Mərkəzi Bank manatın dollardan asılılığını azaldacaq. Biz hesab edirik ki, daha da çevik məzənnə siyasətinə keçməliyik. Büdcə və pul-kredit siyasətinə düzəliş etmək həddindən artıq vacibdir.

Bakıda valyutadəyişmə məntəqələrində ajiotaj yaşanırdı. Adi günlərlə nisbətdə dollara tələbat bir neçə dəfə artıb. Başqa sözlə, vətəndaşlar manatı dollara çevirməyə, əmanətini dollarla saxlamağa başlayıblar. Valyutadəyişmə məntəqələrində dollar tapmaq müşkül görünürdü.

Dünən və bu gün Bakıdakı valyutadəyişmə məntənələrində bütün dollarlar sürətlə satılır. İnsanlar arasında təşviş davam edir.

Dolların manata nisbətdə qalxması müşahidə olunur, ona görə də insanlar dollara üstünlük verirlər.

Və dünən Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dövlət Televiziyasının (AzTV) efirində deyib: "Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyyatlarının olmamasıdır. Lakin Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur". Bununla belə, AMB rəhbəri qeyd edib ki, “bütövlükdə qlobal səviyyədə gedən proseslərə biz reaksiya verməliyik".

Elman Rüstəmovun "Financial Times"a verdiyi müsahibəsində manatın devalvasiyasını istisna etməməsi və ABŞ dollarına nisbətdə ucuzlaşa biləcəyini deməsi əslində, ölkədə müşahidə olunan ajiotajın başlıca səbəblərindən biridir.

Ekspertlərdən biri bizimlə söhbətində maraqlı ifadə işlətdi: "Elman Rüstəmov çox ehtiyatsız davrandı. Camaatı əvvəl qorxudub, sonra sakitləşdirməyin nə mənası vardı axı?!"

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədrinin "Financial Times"a müsahibəsində manatın devalvasiya ehtimalı ilə bağlı dedikləri əslində doğrudur, həqiqətdir. Amma vaxtından əvvəl deyilmiş, tələsik açıqlamadır.

Söz yox, manatın dünyanın sabit valyutalarına, daha doğrusu, ABŞ dolları və avroya olan kursunun illərdən bəri süni şəkildə saxlanması ölkə büdcəsinə ağır yükdü.

Təsəvvür edin ki, manatın kursunun saxlanması üçün ilin əvvəlindən bəri Mərkəzi Bank 2 milyard dollara yaxın vəsait xərcləyib. Belə "valyuta intervensiyaları" çox davam edə bilməzdi və əgər kimsə düşünürdüsə ki, Mərkəzi Bankın valyuta ehtiyatları sonsuzdur - yanılırdı.

Amma manatın kursundakı korrektələri, zəruri dəyişiklikləri həyata keçiriəndə nəzərə almaq gərəkdi ki, Elman Rüstəmovun açıqlamasını tək iqtisadi ekspertlər, maliyyə sisteminin incəliklərinə və bankinq fəaliyyətinin təfərrüatlarına bələd olanlar yox, həm də orta statistik vətəndaşlar oxuyurlar.

Ölkə isə vətəndaşlardan ibarətdir və bu vətəndaşlar da Azərbaycanın baş bankirinin açıqlamasındakı "devalvasiya istisna olunmur" kəlmələrini oxuyandan sonra təşvişə qapıldılar, təlaşa düşdülər.

Əhali arasında "manat ajiotajı" beləcə yarandı.

Halbuki ajiotaj, təlaş və ya təşviş üçün gerçəkdən də heç bir səbəb yoxdur.

Manatın ABŞ dollarına olan kursunun həmişə dəyişməz qalacağını düşünmək sadəlövhlük və bisavadlıq, həm də illüziyaların reallıq kimi qəbul olunmasıdır.

Dünyanın bütün, bir daha təkrar yazıram, BÜTÜN ölkələrində milli valyutaların kursları sürəkli dəyişir.

Ən azı, bilək ki, məhz valyutaların kurs dəyişiklikləri Mərkəzi Bankların fəalliyyətinin məntiqi əsaslarını təşkil edir, fond birjalarının işinin də əhəmiyyətli hissəsi olur.

Yapon yenasının və ya monqol tuqrikinin ABŞ dollarına olan kursunun 0,24 faiz aşağı düşməsi, yaxud Tailandda batın dollara kursunun 0,27456 faiz artımı ajiotaja səbəb olmur.

Hərə öz işi ilə məşğuldur və kurs dəyişiklikləri oralardakı əhalinin alıcılıq qabiliyyətinə sərt, kəskin təsir göstərmir.

Azərbaycanda da manatın kursu dəyişir.

Xof, qorxu, təlaş, narahatlıq, "Tez ol, gedək dollar alaq!" çağırışları, məntiqsiz tamahın dümsüklədiyi emosiyaların təsiri altında vurnuxmağa nə hacət?!

Yaxın vaxtlarda ABŞ dollarının Azərbaycan manatına olan kursunun sərt şəkildə, sürətlə və əhəmiyyətli formada dəyişəcəyini düşünmürəm. Ola bilər ki, dollar bahalaşsın - amma ən uzağı 5-7 qəpik.

Azərbaycan Mərkəzi Bankının manatın kursunun müəyyənləşdirilməsi zamanı orientir qismində ABŞ dollarından imtina etməsi, dollar və avrodan istifadəni nəzərdə tutan "bivalyuta zənbili"nə keçidi məntiqi addımdır.

Niyə?

Çox sadə.

Azərbaycan nə Hollandiyadır, nə Tayvan, nə də Yaponiya. Yəni ölkənin ixrac etdiyi mal və məhsulların çeşidinin əksər qismini texnologiyalar, avadanlıqlar, məhsullar və s. təşkil etmir.

Bizim satdığımız əsas məhsul xam neft, sonra da təbii qazdır və dövlət büdcəsinin gəlirlərinin böyük qismi məhz neft satışlarından gələn pullar hesabına formalaşır.

Qlobal miqyasda aylar əvvəl başlamış prosesdə ABŞ dollarının kursu artır, xam neftin qiyməti isə ucuzlaşır. Belədə Azərbaycan büdcəsi ilə iqtisadiyyatına ikiqat zərbə dəyir: həm neft satışlarından əldə etdiyimiz gəlirlər azalmışdı, həm də dolların bahalaşması Mərkəzi Bankı manatın kursunun stabil saxlanmasına yönəltdiyi vəsaiti sürəkli artırmağa vadar etmişdi.

Elman Rüstəmov indi manatın kursunun ABŞ dolları və avrodan ibarət "bivalyuta zənbili"nə bağlanacağını deyir.

Belədə manatın ucuzlaşmasının qarşısını alacaq yeganə məqam avropun dollara nisbətdə bahalaşması ola bilər. Yalnız belə olacaq təqdirdə dollarla müqayisədə manatın üzüaşağı yuvarlanmasının qarşısını almaq olar.

Başqa çxış yolu yoxdur.

Dollara bağlı qalan manat əvvəlki vəziyyətdən çıxarılmasaydı, zəifləmə qəfil, amma çox ağır olacaqdı və manatın ucuzlaşması ölkədə ciddi bahalaşma yarada bilərdi.

Manatın kursunun dəyişməsi, ucuzlaşmasının sürəti isə Mərkəzi Bankın valyuta ehtiyatlarını idarəetmə taktikasından, kursun kontrolda saxlanması üçün bazara buraxacağı pul kütləsindən asılıdır.

Və əgər yerli sahibkarlar Mərkəzi Bankın manata nəzarətində çətinliklərin yarandığını hiss etsələr, manatdakı kapitalları xarici valyutalara çevirməyə başlayacaqlar.

Bunun baş verməməsi üçün tələsik, spontan qərarlar qəbul etmək olmaz. Avro və dollarla kurs bağlılığında olan manatın "azad hərəkət"i yolverilməz olsa da, kursa sərt dövlət nəzarəti iqtisadi proseslərin planlı idarəolunmasıdır.

Yəni arzuolunmazdır.

Çıxış yolu istehsalın artırılması, süni qiymət artımının qarşısının alınması, inflyasiya proseslərinin sürətlənməməsi üçün pul kütləsinin bazarda xaotik axın kimi hərəkət etməməsidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru