Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2015
21:50
İran səfirliyi İslam İnqilabının 36-cı il dönümünü qeyd etdi

FaktXəbər-in məlumatına görə, bu gün İranın Azərbaycandakı Səfirliyi İran İslam İnqilabının 36-cı ildönümü münasibətilə "Kempinsk" otelində böyük tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İran səfiri Möhsün Pak Ayin hamını dəvəti qəbul edib gəldiyi üçün təbrik edərək bildirdi ki, bu gün İslam inqilabının şanlı qələbəsinin 36-cı ilidir: "Bir çox Qərb mütəfəkkirlərin də etiraf etdiyi kimi bu inqilab müasir dövrün ən böyük xalq inqilabıdır. Bu inqilab İran xalqının illər uzunu apardığı mübarizənin bəhrəsidir."

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev də bu gün münasibətilə səfirin timsalında bütün İran xalqını təbrik etdi.

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fəttah Heydərov, Fazil Qəzənfəroğlu, Çingiz Qənizadə, Eldar İbrahimov, QMİ sədri Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı və digər tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edirdilər.

 

 

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
1046

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
1137

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
200

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
170

Təhsil Nazirliyinə 2 milyon manat ayrılıb

21

Noyabr
16:26
BÖLMƏNİ DÜZ SEÇ!
174

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
195

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
150

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
195

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
195
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 20:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru