Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2015
12:13
Tərtərdə intiharla əlaqədar baş vermiş insidentin təfərrüatları AÇIQLANDI

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tərtərdə müvəqqəti saxlama təcridxanasında baş vermiş intiharla əlaqədar insidentlə bağlı rəsmi məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda bildirilir ki, 2015-ci il fevralın 4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi Dünyamalıyev mələfə ilə özünü asıb.

Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati binaya maddi ziyan vurub.

Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işləri başlanılaraq zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilib və müayinə zamanı meyidin bədən səthində və daxili orqanlarında boyun nahiyəsində stranqulyasion şırımdan başqa, zorakılıqla yetirilməyə xarakterik digər hər hansı xəsarət izləri aşkar edilməyib.

Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili işlər orqanlarından xaric olunub. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.

Hazırda Tərtər rayonunda ictimai asayiş tam sabitdir və kriminogen duruma nəzarət olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43250

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41548

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43164

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42637

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48154

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42696

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43099
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 23:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru