Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2015
12:25
Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı

Bakıda orta ümumtəhsil məktəblərində buraxılış imtahanları iyunun 7-dək başa çatmalıdır. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

M.Abbaszadə qeyd edib ki, əvvəllər orta məktəblərdə məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi

“Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq”.

TQDK sədri həmçinin qeyd edib ki, regionlarda da buraxılış imtahanları iyunda keçiriləcək:

“Bəzi regionlarda Avropa Oyunlarının müxtəlif yarışları keçiriləcək. Hazırda yarışların hansı regionlarda keçiriləcəyi dəqiqləşdirilir.  Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
293

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
489
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 06:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru