Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2015
16:56
I Avropa Oyunlarına 950 milyon manat ayrılıb - RƏSMİ

Hazırda bütün idman qurğularda işlər qrafik üzrə gedir. 95 faiz işlər demək olar tamamlanıb, ətrafda abadlaşma işləri görülüb, müvəqqəti qurğular tikilir, su hovuzlar ətrafında oturacaq qurulur.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları üçün idman qurğuları nəzərdə tutulan vaxtda hazır olacaq. 

A.Rəhimov bildirib ki, hər hansı bir gecikmə gözlənilmir: “Martın sonunda bütün işlər bitəcək. Bu günə oyunları tamamlamaq üçün heç bir çətinliklər yoxdur. Fevral-martda sınaq oyunları keçirmək üçün bütün işləri bitirmək istəyirik”.

Nazir Avropa Oyunlarının büdcəsi ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, Avropa və digər yarışlar üçün büdcə xərcləri 2 hissəyə bölünür: “Dövlətin 2018-ci ilə kimi təsdiq olunun investisiya proqramı var. Bura bütün sahələrlə yanaşı, idman da daxildir. İkinci büdcə Bakı-2015-in əməliyyat büdcəsidir ki, bu oyunlar üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya-PR işləri nəzərdə tutulur. Bütün bunlara 950 milyon manat ayrılıb, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi 68 min nəfərlik stadionu, su hovuz kompleksi, atıcılıq stendin yenidən qurulması işləridir, 300 metrlik optika məsafədən atış kompleksi olacaq. Tiflis prospektində və bulvarda əl oyunları kompleksi də təmir edilir”.

A.Rəhimov ev sahibi kimi 300-dən çox idmançı ilə qatılacağımız Bakı-2015-də uğurlu çıxışa inam ifadə edib. O bildirib ki, London Yay Olimpiya Oyunlarında Avropa ölkələri arasında 15-ci, həmçinin Yeniyetmələrin Nanjinqdə keçirilən Yay Olimpiya Oyunlarında medal hesabında 10-cu yeri tutması buna gözəl zəmin yaradır: “Biz çox istəyərdik ki, öz vətənimizdə də bu rəqəmlərdən aşağı düşməyək”.

Qeyd edək ki, 20 idman növü üzrə keçiriləcək Avropa Oyunlarında 49 ölkənin komandası iştirak edəcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
427

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 02:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru