Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2015
13:20
`Şarli Ebdo`nun əməkdaşı Sarkozinin oğlunun karikaturasına görə qovulub

FaktXeber.com-un verdiyi məlumata görə, “The Telegraph” qəzetinin 2009-cu il, yanvar ayının 27-sinə aid nəşrində bugünkü Fransa olayları ilə bağlı maraqlı faktla üzləşirik. Qəzet həmin sayında Qərbin hazırda söz azadlığı adı altında müdafiəsinə qalxdığı Şarli Ebdo jurnalına qarşı basqıdan və əməkdaşının işdən qovulması haqda yazıb.

Belə ki, sözügedən jurnalın əməkdaşı Maurice Sinet 2008-ci ilin iyul ayında nəşr olunan çapda o vaxtkı Fransa prezidenti Nikola Srakozinin oğlu Jan Sarkozi barədə satirik məqalə yazımbış. Bu yazı isə ona baha başa oturur.

Maurice Sinet işdən qovulmaqla yanaşı anti-semit mövqe adı ilə məhkəməyə verilir.

Maurice Sinet

Adıçəkilən jurnalist Sarkozinin oğlunun yəhudi milyarderin qızı ilə evlənməsinə işarə edərək, belə yazmışdı: “Bu oğlan tezliklə tərəqqi pillələrini yüksək sürətlə addımlayacaq.” Məhz buna görə o, işdən qovulub məhkəməyə verilmişdi.

Belə olan halda Qərbin yadına söz azadlığı əsla düşmür. Çünki Şarli Ebdonun bu gün mədəniyyətdən uzaq rəftarı və iyrəncliyi onlar üçün xoşagəlimlidir. Öldürüb ağlamaq, təhqir etmək, soyqrım, terrorçuluğu yaymaq və bu kimi digər cinayətlər Qərbə sərf edirsə “azadlıq” və “azadlıq uğrunda savaş” sayılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
307

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
289

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
245

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 03:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru