Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2015
11:50
Provokasiya? Hər gün Məhəmməd Peyğəmbərin karikaturasını çəkəcək

FaktXəbər-in verdiyi məlumata görə, Reddit ləqəbli karikaturaçı hər gün Məhəmməd Peyğəmbərin karikaturasını hazırlayacağını bildirib. «Charlie Hebdo»nun həlak olan jurnalistlərinin xatirəsinə həsr edəcəyini deyən Reddit bu addımı ilə guya ki, satiranın  müdafiəsinə qalxır.

Xatırladaq ki, yanvarın 7-də səhər tezdən "Əl-Qaidə" sözüedən jurnalın redaksiyasına hücum etmişdi. Hadisə nəticəsində 12 jurnalist həlak olmuş, 11-i  isə müxtəlif dərəcəli xəsarət almışdı.

Yeri gəlmişkən qeyd edək ki, "Charlie Hebdo " jurnalı dünyada səs-küylü karikaturaları ilə tanınıb. Hətta Məhəmməd Peyğəmbərin karikaturasını çəkməklə İslam dünyasının kəskin etirazına səbəb olmuşdu. Amma maraqlıdıdır ki, bu hadisə düz iki il öncə olmuşdu. Bundan sonra "Charlie Hebdo "da İsa Peyğəmbərin də karikaturası çəkilmişdi. Hadisə baş verən günü isə İŞİD lideri Bağdadinin karikaturası verilmişdi. Və cinayətdə məsuliyyəti də "Əl-Qaidə" özü üzərinə götürmüşdü. Amma nədənsə Reddit bunları "unudur" və düz iki il öncə baş verən hadisəni xatırladır. Çünki müsəlmanların Peyğəmbər və diər məsumlar barədə həssasiyyətini bilir. Beləliklə, Redditin bu addımında məqsədin əslində satiranın müdafiəsi deyil,  sadəcə ara qarışdırmaq və provokasiya  xarakteri daşıdığı aydın olur.

Ümumiyyətlə, satirik jurnalın redaksiyasına baş verən hücumda bir sıra qaranlıq məqamlar var. Məsələn, redaksiyaya silahlı hücum edən terrorçular "Əl-Qaidə" üzvü olduqlarını bildiriblər. Amma maraqlı burasındadır ki, onlar təkidlə "Əl-Qaidə"nin hansı qoluna aid olduqlarını qışqıra-qışqıra ətrafdakı hər kəsə söyləyiblər. Baş vermiş hadisədən bir müddət əvvəl terrorçular yoldan keçənlərə onların terror qruplaşmasının üzvlərinin olmasını KİV-lərə çatdırmağı istəyiblər: "Onlara bildirin ki, bunu Yəməndəki "əl-Qaidə" edib". Bəs görəsən, niyə terrorçular "Əl-Qaidə"nin məhz Yəmən qanadına aid olduqlarını söyləyiblər? Və ya nə "Əl-Qaidə"çilər kimi isə güllələyəndə üzlərini gizlədiblər ki? Məsələnin arxasındakı siyasi maraqlar barədə FaktXəbər Analitik qrupun hazırladığı  "Fransa Yəmənə hücuma hazırlaşır!" analizində oxuya bilərsiniz.

Həmçinin terror hadisəsinin əvvəldən planlaşdırılan tamaşa olması ilə iddialar yayılmaqdadır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48403

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46437

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48081

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47681

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53244

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47306

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 01:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru