Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2014
10:57
Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq

Azərbaycanda özəl texniki peşə məktəbləri və liseyləri açılacaq. Bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramının “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi” ilə bağlı bölməsində qeyd edilib ki, Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi 2016-cı ildə özəl texniki peşə məktəbləri və liseylərinin açılmasının təşviqi ilə bağlı təkliflər hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir. Bundan başqa, Təhsil Nazirliyinə  2016-2017-ci illərdə özəl sektorun cəlb edilməsi ilə ali məktəblərdə innovasiya mərkəzlərinin yaradılmasını təmin etmək tapşırılıb. FaktXəbər-in verdiyi məlumata görə, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi  2016-2020-ci illərdə isə sənaye üzrə müxtəlif istiqamətlərdə peşə, ixtisasartırma və ixtisasdəyişmə kurslarının təşkili, tədris plan və proqramlarının hazırlanması və təkmilləşdirilməsi məqsədi ilə Peşə Tədris Mərkəzlərinin yaradılmasını,  İqtisadiyyat və Sənaye Nazirliyi 2016-ci ildə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkilini təmin etməlidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43483

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41799

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43451

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42922

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48440

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42960

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43375
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 19:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru