Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2014
16:47
Vətəndaşları “ASAN xidmət”ə “işə düzəldən” qadın tutuldu

Vətəndaşlara qarşı dələduzluq etmiş şəxsin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan FaktXəbər-ə verilən məlumata əsasən, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin “ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib saxta əmrlər hazırlayaraq təqdim etməklə  onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 03:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru