Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2014
15:35
Bu ana həsrət qalacağıq: YENİ AVTOBUSLARDAN YENİ XƏBƏR

Bakıya yeni gətirilən sərnişin avtobusları unikallığı ilə seçilir. 

“Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov bildirdiyinə görə, 65 saylı xətt üzrə işləyən avtobuslar digərlərindən bir neçə xüsusiyyətlərinə görə fərqlənirlər. Onun sözlərinə görə, əsas fərqləndirici məqamlardan biri avtobusun qapıları açıq olan zaman maşın yerindən tərpənmir.

“Bakıda avtobuslar qapısı açıq sürürlər. Sahibkarlar sürücülərlə bacarmırlar. Yeni avtobuslarda bu problem olmayacaq. Çünki onların qapısı açıq olanda mühərrik avtomatik olaraq sönür. Yəni avtobusun qapısı açıq olanda maşın işə düşmür”, - deyə Füzuli Sadıqov bildirib.

Digər yeniliklərdən biri isə avtobusun içinin canlı olaraq izlənməsidir. Bunun üçün maşının içində 7 müşahidə kamerası quraşdırılıb. Kameralar avtobusun müxtəlif yerlərində qoyulub. Onlar vasitəsilə avtobusların içi tamamilə izlənə bilər.

“Biz həmin kameralar vasitəsilə avtobusların içini canlı izləyə biləcəyik. Həmin görüntülər vasitəsilə avtobusda baş verənlər canlı izlənir. Hansısa xoşagəlməz hadisə baş verərsə, dərhal müdaxilə eciləcək. Ən əsası isə müşahidə kameralarında səs də yazılır”, - deyə Füzuli Sadıqov əlavə edib.

Yeni avtobusda başqa bir özəllik isə onun şüşələrinin günəş şüalarının 80 faiz keçirməməsidir. Bu avtobuslarda pərdələrə də ehtiyac yoxdur.

Sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də avtobusda kondisionerlərin və istilik sistemlərinin olmasıdır.

“Sərnişinlər həmin avtobuslarda gedərkən istidən və soyuqdan əziyyət çəkməyəcəklər”, - deyə Füzuli Sadıqov qeyd edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan şəhidinə vida edir

25

Fevral
10:36
BÖLMƏNİ DÜZ SEÇ!
30

Atəşkəs rejimi 27 dəfə pozulub

25

Fevral
09:42
BÖLMƏNİ DÜZ SEÇ!
235

Xarici valyutaların manata qarşı məzənnələri

25

Fevral
09:25
İQTİSADİYYAT
259

Neft yenidən bahalaşıb

25

Fevral
09:19
İQTİSADİYYAT
281

Bu gün ilk çərşənbədir

25

Fevral
08:00
ÖLKƏ
397

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 10:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru