Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2014
11:31
Körpüyə çıxıb icra başçısından 65 min manatını istəyən şəxs tutuldu

Bir müddət əvvəl Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov saxlanılıb.

F.Nəsibov dekabrın 2-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, F.Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevdən şikayət edərək bildirib ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.

Onu Fövqəladə Hallar Nazirliyinin xilasediciləri körpüdən düşürüblər. Fəqan Nəsibov Baş Prokurorluğun əməkdaşlarına təhvil verilib. Bundan sonra F.Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

F.Nəsibovun müraciəti baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
159

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
186

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
357

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
165

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
190

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
280

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
432

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
307
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2019 03:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru