Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2014
17:02
Vətəndaşa yaşamadığı ünvana görə 700 manat borc yazılıb - FOTO

«Son vaxtlar Rayon Elektrik şəbəkəsinin işciləri şənbə, yaxud bazar günü olmağına baxmayaraq məni və ailəmi narahat edirlər. Guya ki, hardansa birdən birə mənim 700 manat işıq puluya borcum olduğunu əldə bayraq edərək, gah işıgımı kəsirlər, gah da qapını döyüb pulu ödəməyi tələb edirlər».

Bu sözləri Bakı şəhəri İ.Qutqaşenli küçəsi, ev 19-da yaşayan Əlibalayev Samir Qeybulla oğlu FaktXəbər-ə ünvanladığı məktubunda bildirib. O, baş Prokurorluğa və  “Azərenerji” ASC – nın rəhbərliyinə etdiyi şikayətində bu borcun haradan yarandığından xəbəri olmadığını bildirir: «Bu borcun birdən birə hardan yaranmasını öyrənmək ücün Rayon Elektrik idarəsinə muraciət edəndən sonra mənə aşagıdaki sənədləri təqdim etdilər. Əgər bu sənədlərə diqqətlə baxsanız, görərsiniz ki, göstərilən ünvan umumən mənə məxsus deyildir. Mənim yaşadıgım 12 kv.m otaq, 9 kv.m-lik ev əvəzinə, hansısa bina və mənzil göstərilmişdir. Bu barədə mən elə oradaca Elerktrik şəbəkənin müdüriyyətinə bildirəndə, onlar “Kor tutdugun buraxmaz” prinsipindən əl cəkmədilər».

Samir  Əlibalayevin sözlərinə görə,  işçilər əvvəllər onun saygacsız olduğunu bəhanə gətirsələr də, əllərində bu barədə hec bir aktları olmayıb: «Eləcədə mənim 2012 ilə kimi işlətdiyim sayğacı yenisiylə əvəz edərkən, nə köhnə saygacın cıxarılma aktını, nə də yenisinin qoyulma aktını tapa bilmədilər. İndi burda sual yaranır, əyər həqiqətəndə mənim uzun muddətdir ki, borcum olubsa, borc yıgılıbsa, axı nə ücün il boyu qapı- qapı gəzən elektrik şəbəkənin işçiləri bu muddət ərzində məni məhkəməyə verib bu borcu iştəməyiblər. Bu borc məsələsi məhz Sovetski kücəsindəki söküntülər başlayanda yada düşüb».

Şikayətçi bütün bunları nəzərə alaraq özünün və ailəinin hüquqlarının qorunmasında yardımçı olmasını istəyib: «Sizdən xahiş edirəm, dövlət vəsaitini yeyib onu sadə vətandaşlardan cıxararaq, onlarda hökümətimizə qarşı inamsızlıga sürükluyənlərin qarşısını alasınız».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
268

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru