Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2014
16:44
Manatımız rəqs edəcək; Sifarişçi London Birjasıdır
Manatı qarşıdakı illərdə qeyri-sabit vəziyyət gözləyir

"Mərkəzi Bankın rəsmi valyuta ehtiyatında növbəti azalma qeydə alınıb. Oktyabrda ehtiyatın həcmi 1% və ya 8,8 milyon ABŞ dolları azalıb. Bununla da oktyabr ayının 31-nə ehtiyatın həcmi 15033,6 milyon dollara düşüb. Halbuki sentyabrda bu rəqəm 15042,4 milyon dollar olub".

Bunu iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatı artıq 4-cü aydır ki, azalma tendensiyası nümayiş etdirir. Mütəxəssisin fikrincə, iyul ayından başlayaraq ehtiyat 159,8 milyon dollar azalıb. Ancaq buna baxmayaraq 2014-cü ilin 10 ayı ərzində valyuta ehtiyatı 6,2% və ya 881,6 milyon dollar artaraq 14152 milyondan 15033,6 milyon dollara yüksəlib: "Güman ki, azalma noyabr ayında da davam edəcək. Ancaq bu, oktyabr ayı ilə müqayisədə nisbətən səngiyəcək. İstənilən halda hər şey dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslərin istiqamətindən asılı olacaq. Neft ucuzlaşmaqda davam edərsə, şübhəsiz ki, manat üçün təyziq artacaq."

İqtisadçının hesablamalarına görə, son dörd ayda azalma olsa da ümumilikdə 2014-cü ilin on ayı ərzində valyuta ehtiyatı 6,2% və ya 881,6 milyon dollar artaraq on dörd milyard 152 milyondan on beş milyard otuz üç milyon dollara yüksəlib. Samir Əliyev 2014-cü ildə manatın sabit qalacağını proqnozlaşdırır: “Mərkəzi Bank manatın sabit saxlayacağını bəyan etsə də manatın taleyini neft həll edəcək. “Qara qızıl” indiki səviyyədə qalarsa Mərkəzi Bank vədini tuta bilər. Yox, neftin qiyməti ucuzlaşarsa, milli valyuta da ucuzlaşacaq”.

Samir Əliyev fikrincə 2014-cü ildə manat sabit qala bilər, amma 2015-ci ilin üçün bunu demək çətin olacaq: “Bununla bağlı Rusiya nümunəsi var. 2009-cu il deyil ki, atdığı addım özünü doğrultsun. Neftin indiki ucuzlaşması uzunmüddətlidir. Manatı isə qarşıdakı illərdə qeyri-sabit rəqslər gözləyir. Musiqi isə London Əmtəə Birjasında sifariş edilir”.

Məqalədə : Pullarımız azalacaq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ombudsmanlığa namizəd xanımlar - FOTO

21

Noyabr
18:46
ÖLKƏ
2090

Milli Məclis yeni Ombudsman seçəcək

21

Noyabr
18:19
ÖLKƏ
2230

Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"

21

Noyabr
18:08
MÜNASİBƏT
334

Dolların sabaha olan məzənnəsi açıqlanıb

21

Noyabr
17:13
İQTİSADİYYAT
263

Kim dəvəti qəbul eləmədi

21

Noyabr
15:59
DÜNYA
286

Axtarışda olan 29 nəfər eyni gündə saxlanılıb

21

Noyabr
15:52
HÜQUQ,HADİSƏ
231

Şəmkirdə fermaya basqın olub

21

Noyabr
15:33
HÜQUQ,HADİSƏ
256

İlham Əliyev Sumqayıtda səfərdə olub

21

Noyabr
14:28
ÖLKƏ
267
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 06:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru