Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2014
16:33
Müharibə əlili və şəhid ailələrinə - ŞAD XƏBƏR

"Bu ilin yanvar ayının 1-dək növbədə olan 5 min 731 nəfər müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlərin inşasına başlanıb. İlkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi evin inşa edilərək həmin insanlara təqdim olunması nəzərdə tutulur.

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi planlaşdırılır". 

Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İmişlidə bu rayondan, eləcə də Kürdəmir, Ucar, Zərdab, Beyləqan, Xocavənd və Füzulidən olan vətəndaşlarla keçirilən görüşdə məlumat verib. Səlim Müslümov yaxın vaxtlarda Tərtər, Beyləqan və Şamaxı rayonlarında olduğu kimi, İmişli rayonunda da çoxmənzilli yaşayış binasının istifadəyə veriləcəyini və bu rayonda mənzil növbəsində olan 54 müharibə əlili və şəhid ailəsinin həmin binada mənzillə təmin ediləcəyini bildirib. Qəbul zamanı nazir müraciətlərdə əksini tapan məsələlərin obyektiv şəkildə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, müraciət edən bir sıra müharibə əlillərinin minik avtomobilinə tibbi göstəriş almaq hüququnun müəyyən olunması üçün müvafiq müayinəyə cəlb edilməsi barədə tapşırıqlar verib. Ayrı-ayrı şəxslərin məşğulluq problemi yerindəcə həll olunub və onlar münasib iş yerlərinə göndərişlə təmin ediliblər. Nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha ətraflı: http://atvxeber.az/news/social/6293-muharibe-elili-ve-sehid-ailelerine

Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61766

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59495

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61155

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60840

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66316

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60607

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60815
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 19:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru