Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Noyabr

2014
12:19
3 milyard manat əmanətin taleyi sual altında - ekspertin proqnozu

Əmanətlərin Sığortalanması Fondu son il yarımda sığortalanan əmanətlərin faiz dərəcələrinin 12 faizdən 9 faizədək azaldılması ilə bağlı qərar qəbul etdi. Əslində, kredit faizlərinin dəyişməsinə uyğun olaraq sığortalanan əmanət faizlərinə baxmalı olan fond bununla da birincini diqtə etməyə çalışırdı. Təbii ki, əmanət faizlərinin azalması bankların cəlb etdiyi resursların ucuzlaşmasına təsir göstərir. Əhalinin banklardakı əmanətin 7 milyard manatdan bir az artıq olduğunu və eləcə də kredit qoyluşlarının 17.5 milyard manat olduğunu nəzərə aldıqda əmanətlərin kredit portfelini 40 faizini təşkil etdiyini söyləmək olar. Təbii ki, kiçik rəqəm deyil. Amma fond sığortalanan faiz dərəcələrini azaltmaqla nəyə nail oldu? Cavab nikbin deyil: kredit faiz dərəcələrinə təsir edə bilməyən fond sığortalanmayan əmanətlərin də məbləğini artırdı. Daha çox əmanət cəlb etmək istəyən banklar depozit faizlərini aşağı salmadılar və təbii ki, daha çox gəlir əldə etmək istəyən vətəndaşlar daha yüksək faizə meyillənir. Məhz bunun nəticəsidir ki, mövcud əmanətlərin 54 faizi qorunsa da, 46 faizi qorunmur. Bu isə olduqca riskli mənzərə yaradır: hal-hazırda banklarda olan hər 100 manat əmanətin 45 manatı sığortalanmır. Bu isə, 3 milyard manata yaxın əmanətin qorunmaması deməkdir.

Deməli, nəzəri baxımdan bank sektorunda hər hansı çətinlik baş verərsə 3 milyard manat əmanətin taleyi sual altında qalacaq. Söhbət isə kifayət qədər ciddi rəqəmdən gedir.

Bəs, qorunmayan əmanətlərin həcmini azaltmaq üçün fond nə etməlidir? Əvvəlla, sığortalanan faiz dərəcələrinin kredit faizləri ilə əlaqəsi formalaşdırılmalıdır. Belə ki, sığortalanan faiz dərəcələrini 12 faizdən 10 faizədək azaldılması ilə bağlı qərarından sonra fond bu addımının risk təhlilini aparmalı idi. Xüsusən də, bu qərarın kredit faizlərinə necə təsir etməsi araşdırılmalı idi. Maraqlıdır ki, sözügedən addımın kredit faizlərinə heç bir təsiri müşahidə edilməməsinə baxmayaraq fond sığortalanan əmanət faizlərinin 1 faiz-bənd aşağı salınması ilə bağlı qərar qəbul etdi ki, bu da qorunmayan əmanətlərin həcmini artırdı. İkincisi, sığortalanan əmanətlərin maksimum məbləği xeyili müddətdir ki, 30 min manat olaraq qalmaqdadır. Bu məbləğin artırılması olduqca vacibdir. Əhalinin gəlirləri artırsa, əmanət qoyuluşları çoxalırsa nə üçün sığortalanan əmanətlərin maksiumum məbləği uzun müddət dəyişməz qalmalıdır? Üçüncüsü, qorunmayan əmanətlərin məbləğinin azaldılması üçün vətəndaşların vəsaitin əmanət və ya banklar arasında sığorta şərtlərinə uyğun bölüşdürülməsi istiqamətində maarifləndirmənin aparılmasına ciddi ehtiyac var.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
268

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1377

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru