Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2014
17:20
Natiq Cəfərli yazdı, Vamiq Şükürov cavab verdi
"Status yazmamışdan qabaq diqqətli olmağı məsləhət görürəm"

Bu gün REAL hərəkatının üzvü Natiq Cəfərli facebook statusunda bir neçə mövzuya toxunub ki, bunlardan da biri Gəncədə yeləşən İmamzadə kompleksinə prezidentin ehtiyat fondundan 5 milyon manatın ayrılmasıdır. FaktXəbər-in məlumatına görə, Natiq Cəfərli statusunda belə yazıb: "Prezidentin ehtiyat fondundan Gəncədəki “İmamzadə” kompleksinə 5 milyon manat vəsait ayrılıb. Son 4 ildə Gəncədəki bu ziyarətgaha 13 milyon manat pul ayrılıb. Dövlətin belə yerlərə pul ayırmasını qəbul etmirəm, ziyarətgahları, dini inanc məbədlərini, məscidləri dini icmalar özləri saxlamalıdır. Dövlətin işi isə konstitutsiya, ümumbəşəri insan hüquqları, din və vicdan azadlığı çərçivəsində fəaliyyət göstərən dini icmaların işinə mane olmamaq, inanclı insanların qanunlar çərçivəsində olan fəaliyyətini məhdutlaşdırmamaqdır. Aşura günlərində “İmamzadə” kompleksinə pul ayırmağın siyasi gediş olduğunu anlayıram, amma, qəbul etmirəm. 

Dövlətin vəsaiti belə xərclənməməlidir, ADR-in ilk paytaxtı, gözəl Gəncəmizə xeyir vermək istəyirdilərsə, 13 milyon manata Gəncədən 1000 gənc insanı Türkiyədə oxutdura bilərdilər, təsəvvür edin ki, həmin 1000 nəfər gənc insan yaxşı təhsil alıb Gəncəyə qayıtsalar, şəhərə, ölkəmizə nə qədər xeyir verərdilər. Sonra da, hörmətli akademik Ramiz Mehdiyev haqlı olaraq gileylənir ki, ölkədə cəhalət artıb, amma, dini komplekslərə, məscidlərə milyonlarla pul ayıranda, təhsili kökündən baltalıyanda belə bir nəticənin olması heç də təəccüblü deyil." 

Natiq Cəfərlinin bu statusuna kifayət qədər şərhlər gəlib. Amma daha ətraflı şərh tanınımış ictimaiyyət nümayəndəsi Vamiq Şükürovdandır. O, N.Cəfərlinin statusuna belə yazıb: "Ümumiyyətlə, dini məbədlərin saxlanması ilə bağlı bir neçə konsepsiya var: 1) Hökümət heç bir dinə, məzhəbə fərq qoymadan ələlxüsus tarixi əhəmiyyət kəsb edən məbədlərə yardım edir və ya təmir etdirir. 2) Dövlət heç bir məbədi saxlamır, təmir etmir. Bu işi məbədlərin özünə, xeyriyyəçilərə buraxır. 

Azərbaycan dövləti hələlik birinci yolu seçib. Lakin bu yanaşmalardan asılı olmayaraq, tarixi abidələri qorumaq, təmir etdirmək bütün dövlətlərin diqqət mərkəzində olmuşdur. Hörmətli Natiq Cəfərlinin diqqətinə çatdırım ki, XIV əsrin sonu XV əsrin əvvəllərinə təsadüf edən “İmamzadə türbəsi” və onun ətrafında XVII-XVIII əsrlərdə inşa edilən məscid, sərdabə və digər türbələr Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə aiddir və Orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılır. Deməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nda İmamzadə kompleksi 189-cu sırada memarlıq abidəsi sayılır. İstəsəz siyahıya baxa bilərsiz: http://e-qanun.az/print.php?internal=view&target=1... Status yazmamışdan qabaq diqqətli olmağı məsləhət görürəm."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
240

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
151

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
367

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
615

Streslə mübarizə aparmaq üçün 10 təsirli qida

02

İyun
09:59
AİLƏ, SAĞLAMLIQ
531

Xarici valyutaların manata qarşı məzənnələri

02

İyun
09:44
İQTİSADİYYAT
265
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 14:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru