Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2014
15:45
Yalnız partiya sədrlərinin qatıldığı piket keçiriləcək – Azərbaycanda ilk!

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların rəhbərlərinin iştirakı ilə piket keçirilməsi gözlənilir. Etiraz aksiyasının siyasi məhbuslara azadlıq tələbi ilə keçiriləcəyi deyilir. Bu barədə redaksiyamıza sözügedən Mərkəzdən məlumat daxil olub. Məsələni dəqiqləşdirmək üçün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə danışdıq. P. Hüseyn bildirdi ki, adıçəkilən Mərkəzdəki partiyaların sədrləri piket keçirilməsi məsələsini qurumda müzakirə ediblər: “Siyasi məhbusların azad olunması və ictimai sektora basqılara son qoyulması tələbi ilə piket keçirilməsi müzakirələri gedib. Amma hələlik piketin dəqiq günü, yeri bəlli deyil. Prinsipcə razılaşdırılıb ki, belə bir piket olsun”.

P. Hüseyn dedi ki, müzakirəsi aparılan piket özəlliyi ilə fərqlənəcək: “Əgər piket baş tutacaqsa, ilk belə aksiya olacaq ki, yalnız partiya sədrləri iştirak edəcək. Çünki bu piketdə ancaq partiya sədrlərinin iştirakı nəzərdə tutulur. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 11 partiyanın böyük əksəriyyəti belə bir piketin keçirilməsinin tərəfdarıdır. Yalnız partiya sədrlərinin iştirakı ilə piket keçirilməsi etiraz aksiyası formalarından biridir. Digər başqa formalarda aksiyaların keçirilməsi də müzakirə olunub və piket barədə ümumi siyasi qərar var”.  

AXP sədri onu da dedi ki, mitinq məsələsi də gündəlikdədir. Amma konkret nə vaxt mitinq keçiriləcəyi müzakirə edilmir.  Onun sözlərinə görə, istənilən an bu məsələ gündəmə gələ bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
298

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 07:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru