Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2014
10:58
İlqar Məmmədov: “Əfv ərizəsi yazmayacağam”

REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədov əfv ərizəsi yazmayacağını bildirir. Bunu cənab Məmmədov noyabrın 1-də REAL-dan olan həmkarlarına söyləyib. Bu barədə hərəkatın üzvü Azər Qasımlı noyabrın 2-də facebook səhifəsində yazıb.

Azər Qasımlı şənbə günü həmkarları Erkin Qədirli və Natig Jafarli ilə 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüyünü, 3 saata yaxın “bütün məsələləri ətraflı müzakirə etdiklərini” qeyd edib:

“İlqar bəy xahiş etdi ki, ərizə yazan NİDA-çılarla bağlı mövqeyini sizlərlə bölüşək. İlqar bəy heç kəsin ərizə yazan gəncləri günahlandırmağa mənəvi haqqı olmadığını hesab edir: Ərizə yazmaq istəyən hüquq müdafiəçiləri, QHT rəhbərləri, gənc fəallar bunu çəkinmədən edə bilərlər. Onlar özlərini qorumalı və mövcud siyasi rejimə qurban verməməlidirlər. Çünki onlar bu ölkəyə gərəkli olacaqlar. Əsas məsələ daxildən sınmamaqdır!

Lakin bununla yanaşı İlqar bəy bildirdi ki, siyasi təşkilat rəhbəri kimi o özü belə bir ərizə yaza bilməz və yazmayacaq da! Bir sözlə bu məsələdə möhkəmdir."/azadliq.org

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
14727

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13377

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
14785

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
14399

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
19755

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14249

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
14392
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-08-2020 08:04





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru