Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2014
17:18
1310
Azərbaycana ova gələn ərəblər saxlanıldı

Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində reydlər keçirilib.

Nazirlikdən FaktXəbər-ə daxil olan məlumata görə, 2014-cü ilin oktyabr ayında keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində qanunsuz ovla məşğul olan 4 xarici ölkə vətəndaşı saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Belə ki, 17 oktyabr 2014-cü il tarixində Ağgöl Milli Parkının ərazisinə  daxil olmaq istəyən, içərisində İraq Respublikası vətəndaşları Jamal Ahmed Salm və İmad Alabersan Hlailin olduğu 90 SR 229 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı müxtəlif ov vasitələri  və tələ müəyyən olunaraq  götürülüb.

26 oktyabr 2014-cü il tarixində Milli Parkın ərazisində  keçirilən növbəti reyd zamanı isə içərisində 2 Suriya Ərəb Respublikası vətəndaşı - Jamal Akil Mahfouz və Jomaa Aljodeia Khatabın olduğu 90 TD 576 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil saxlanılıb.  Avtomobildən quş ovlamaq üçün lazım olan çoxlu sayda vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilərək qanunsuz ov alətləri müsadirə olunub və 4 nəfər əcnəbi qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə olunub və  həmin məbləğin ödənilməsi təmin edilib.

Xatırladaq ki, 2014-cü ilin 9 ayı ərzində ETSN-nin əməkdaşları tərəfindən respublika ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 152 nəfər saxlanılıb, onlardan 148 ədəd ov tüfəngi və 543 ədəd patron götürülüb. Qanunu pozmuş şəxslər barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 138012 manat məbləğində cərimə və iddia tətbiq edilib.

Eyni zamanda, reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, Nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi halları da baş verib. Bu qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti Rayon Polis Şöbələrinə müraciət olunub.

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

23

Sentyabr
20:23
AİLƏ, SAĞLAMLIQ
137

Bakıda daha bir BÖYÜK LAYİHƏ!

23

Sentyabr
16:07
NƏQLİYYAT
396

Nazirlik qriplə bağlı açıqlama yaydı

23

Sentyabr
15:47
AİLƏ, SAĞLAMLIQ
280

Sürücülər dizel yanacağından narazıdır

23

Sentyabr
15:44
MÜNASİBƏT
256

Azərbaycanda elektrik enerjisinin istehlakı artıb

23

Sentyabr
15:29
İQTİSADİYYAT
282

Azərbaycanda yeni medal təsis edilir

23

Sentyabr
15:15
ÖLKƏ
280

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
336

Sabah Azərbaycanda 28 dərəcə isti olacaq

23

Sentyabr
12:53
ÖLKƏ
295
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-09-2019 00:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru