Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2014
10:10
1105
“Facebook”un gündəlik mobil auditoriyasının sayı açıqlandı

Gündəlik təxminən 703 milyon istifadəçi mobil qurğulardan “Facebook” sosial şəbəkəsinə daxil olur. Son ildə bu göstərici 39% artıb. 

Gündəlik aktiv auditoriya sayı istifadəçilərin cəlb olunmasını əks etdirir. Bu, “Facebook”un reklam biznesi üçün mühüm parametrdir. Hər gün mobil qurğulardan “Facebook” şəbəkəsinə daxil olan istifadəçilərin sayı, demək olar, xidmətin gündəlik aktiv auditoriyasına bərabərdir. Bu, bir ildə sosial şəbəkənin gəlirində mobil reklamın payının 40-dan 66%-dək artmasını qismən izah edir.

Sosial şəbəkədən, heç olmasa, ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda “Facebook”un auditoriyası 30 milyon istifadəçi artıb. “Facebook” istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir.

Ümumi göstəricilərlə müqayisədə mobil auditoriyanın aktiv artması şirkətin işinə yarayır. “Facebook”un baş direktoru Mark Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. “Facebook” şirkəti, həmçinin “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir./oxu.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
106

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
66

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
49

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
47

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
147

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
164

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
103

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
112

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
189

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
123
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 14:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru