Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2014
15:45
ASAN xidmətdə dava – TƏFƏRRÜAT

Bu gün ASAN xidmətin Xətai filialında vətəndaşlarla xidmət əməkdaşları arasında gərginlik yaşanıb. 

AzNews xəbər verir ki, gərginliyə səbəb ASAN-a müraciət edən qadınların çantalarının mühafizəçilər tərəfindən yoxlanılması olub. Onlar kişi mühafizəçilər tərəfindən çantalarda “yoxlanış aparılmasının” qeyri-etik olmasını bildiriblər. ASAN xidmətin mühafizəçiləri isə təhlükəsizliyin təmin edilməsi üçün bütün çantaların yoxlanılmasının, təftiş edilməsinin vacibliyini bildiriblər. Bu isə vətəndaşın narazılığına səbəb olub və nəticədə tərəflər arasında gərgin mübahisə düşüb. 

Narazı şəxslər bildiriblər ki, belə yoxlanışlar ASAN-a müraciət edən şəxsləri məyus edir: “Ölkə başçısı vətəndaşların rahatlığı üçün belə bir mütərəqqi layihəyə imza atıb. Amma təəssüf ki, burada da kimlərsə işə kölgə salır. Daha dünyanın heç yerində kimsə çantalarda “eşələnmir”. Aparatlar qoyulur, əgər həmin aparatlar nəyisə aşkarlayarlarsa, onda çantalara baxış keçirilir. Yoxsa bu nədir, yığıb töküblər bura qoluzorluları, çantalarımızı eşələyirlər. Bəlkə orda kiminsə görməsini istəmədiyi nəyimsə var...”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
252

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
269

Ünvanlı sosial yardımda yeniliklər

05

İyun
10:22
ÖLKƏ
372
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-06-2020 02:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru