Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2014
17:16
Bu xəritəyə diqqət edin! (ANALİZ)
Dildə kürd dövləti, əslində Böyük İsrail

Orta Şərqdə İsrailin "Ərzi Mövud" (Vəd olunmuş torpaq) xəyalını reallaşdırmaq üçün addımlar atılmağa davam edir. Bərzaniyə bağlı qüvvələr yerli xalqdan təmizlənən Kobaniyə yerləşdirilir. İraqın Duhok şəhərində toplanan qruplar kürd dövlətinin xəritəsini hazırlayırlar.

AKP hökumətinin Türkiyə sərhədlərini peşmərgəyə açmasından ABŞ son dərəcə məmnundur. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Marie Harf, "Türkiyənin peşmərgələrin Kobaniyə getməsinə icazə verməsi, koalisiya qüvvələrini dəstəkləmək səylərinə əhəmiyyətli bir yardımdır", - deyib. 

Kobaniyə peşmərgə geçidi mövzusunda bir açıqlama da Türkinənin baş naziri Əhməd Davutoğlundan gəlib. Davutoğlu bildirib ki, istər beynəlxalq koalisiya və BMT qərarı çərçivəsində ortaya çıxan hüquqi vəziyyət, istərsə də mövcud durum Kobanidəki vəziyyətin heç olmasa zərərlərini minimuma endirmək üçün işlər görülür: "Amma bəzi ünsürlərin Kobaniyə keçidi mövzusunda görüşlər davam edir. Bu görüşlər çərçivəsində lazımlı addımlar atılır. Hazırda bu keçid başlamayıb. Bu cür mövzular müəyyən bir təhlükəsizlik mövzusu olduğu üçün bunları ictimaiyyətdə danışmağımız doğru deyil."

Xəritələr hazırlanır

Yerli xalqın boşaltdığı Kobaniyə Böyük İsrail dövlətinin infrastrukturunu yaratmaqla vəzifələndirildiyi bildirilən yəhudi əslli Bərzaniyə bağlı qüvvələrin yerləşməyə hazırlaşdığı bir vaxtda sözügedən dövlətin təməllərinin  də atılmasına başlanılıb. İngiltərənin "The Times" qəzetində "Kürdlər yeni bir dövlət qurmaq üçün danışıqlar aparır" başlıqlı bir xəbər yayımlayıb. Qəzet suriyalı kürd liderlərin toplaşaraq avtonom bölgə elan etmək mövzusunda müzakirələr aparıldığını yazır.

Liderlərin Suriyadakı üç bölgədə qurulacaq yeni bir siyasi varlıq mövzusunda razılaşmaq üçün İraqın Duhok şəhərində görüşdüyü bildirilir. Xəbərə görə, doqquzuncu gündür davam edən görüşlərdə suriyalı kürdlər Cizrə, Əfrin və Kobani bölgələrinin "Rojava" adı altında yarı-avtonom bir kürd bölgəsi elan edilməsini tələb olunur. Rəsmi varlığının açıqlanmasından sonra regional bir parlament qurulması və müdafiə qüvvələri yaradılması üçün seçkilər keçiriləcəyi bildirilir.

Adı Kürd dövləti, əslində Böyük İsrail

Bu addımın son hədəfi Böyük İsrail olan 4 parçadan ibarət Kürdüstan layihəsini ağıllara gətirir. İraqın Şimalında dövlətləşənlər Suriyanın şimalı, İranın qərbi və Türkiyənin cənubundan qoparılacaq parçalarla bir Kürd (Böyük İsrail) dövləti yaratmağı hədəfləyir. Çünki sözügedən bölgələr İsrailin "Ərzi Mövud" (Vəd olunmuş torpaq) xəyalının əhatə dairəsinə daxildir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tehran ABŞ-a nota göndərib

20

Noyabr
21:43
DÜNYA
138

Dolların sabahkı məzənnəsi açıqlanıb

20

Noyabr
17:59
İQTİSADİYYAT
176

Qocaya yardım etdi, onu da üz-gözünə bulaşdırdı

20

Noyabr
17:33
HÜQUQ,HADİSƏ
326

Bakıya yağış, rayonlara qar yağacaq

20

Noyabr
16:59
ÖLKƏ
154

Ölkə əhalisinin sayı açıqlandı

20

Noyabr
16:52
ÖLKƏ
175

Sabunçu rayonuna 6 milyon manat ayrıldı

20

Noyabr
16:29
ÖLKƏ
275

Bakıda gəlin maşını yanıb - VİDEO

20

Noyabr
15:56
HÜQUQ,HADİSƏ
407

Baş Prokurorluq təkzib etdi

20

Noyabr
15:36
HÜQUQ,HADİSƏ
287
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2019 23:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru