Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2014
17:16
Millət vəkillərinin 20 min manatlıq radar cəriməsi
İqbal Ağazadə: Polislər protokol yazmaqdan imtina edir

Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına fiziki şəxslər qeydiyyatda olduqları və yaşadıqları ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdikləri şəxsin müvafiq məlumatlarını da əlavə etməlidir. Digər dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

İqbal Ağazadə millət vəkillərinin avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətlənib: “Konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz. Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir”.

Ərəstun Cavadov da radarlardan şikayətlənib: “Hər ay 1000 manata yaxın radara görə cərimə ödəyirəm. Təkcə İsmayıllıya gedəndə gərək 150-200 manat cərimə ödəyim”.

Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov isə hamının qanuna əməl etməli olduğunu vurğulayıb: “Ortaya hansısa problemlər çıxarsa, millət vəkilinin mülkiyyəti, maşını toxunulmazdır. Ancaq məhkəmənin qərarından sonra bu, mümkün olar. Milli Məclisdə nəqliyyat vasitəsi ilə parlament rəhbərliyi və komitə sədrləri rəsmən təmin olunur. Ona görə də yol polisi bilmir ki, maşının içərisində gedən avtomobilin nömrəsi kimin adınadır. Biri qayınanasının, biri kiminsə adınadır. Millət vəkillərinin istifadə etdiyi avtomobillərin nömrələri toplanıb Milli Məclisə təqdim olunsun, Milli Məclis də Dövlət Yol Polisinə təqdim etsin ki, onlar da bunu nəzərə alsınlar. İstənilən halda deputatların statusunu pozmaq olmaz”.

Z. Əsgərov isə qeyd edib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dövlət nömrələrini bilir: “Ancaq yol polisi haradan bilsin ki, 120 avtomobil hansısa tədbirə tələsir. Ona görə də yaxşı olar ki, millət vəkilləri qayda-qanuna riayət etsinlər, qaydalar pozulmasın”.

 

İ. Ağazadə yenidən söz alaraq deyib ki, söhbət Konstitusiya ilə qanunlar arasında ziddiyyətin aradan qaldırılmasından gedir: “Yoxsa biz kimdənsə sədəqə istəmirik, yaxud qayda pozanda demirik ki, yol polisi hörmət etsin”.

 

Z. Əsgərov cavab olaraq bəyan edib ki, əslində Konstitusiya ilə qanunlar arasında heç bir ziddiyyət yoxdur: “Konstitusiyanın 90-cı maddəsində deputata məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq olunmamasından söhbət gedir. Ancaq yol polisi protokol da tərtib edə, deputatları cərimələyə də bilər. Ona görə də bu məsələyə nöqtə qoyaq”.  

 

Fəzail Ağamalı bildirib ki, deputatların radarlarla bağlı problemi var və bu problemin həlli istənilir: “Ziyafət müəllim, sizin avtomobilin dövlət nömrə nişanı var, ancaq deputatların əksəriyyətinin dövlət nömrə nişanı yoxdur. Problem bildirildi, siz də buyurun, çıxış yolu təqdim edin”.

 

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
268

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1377

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru