Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2014
14:41
869
Avropa Məhkəməsinin Azərbaycan hakimiyyətindən İlqar Məmmədov tələbi

Avropa İnsan Hüquqları Məhkəməsinin REAL Hərəkatının həbsdəki sədri İlqar Məmmədovla bağlı qərarı qəti qüvvəyə minib. Bu haqda AİHM-nin səhifəsində məlumat yerləşdirilib. İlqar Məmmədovun vəkili Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, Avropa İnsan Haqları Məhkəməsi bu ilin mayında REAL sədrinin azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Məhkəmənin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.

Ancaq avqustun 8-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Bir gün öncə - oktyabrın 13-də kollegiya müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib. Vəkilin sözlərinə görə, İlqar Məmmədov 3 ay ərzində azadlığa buraxılmalıdır:

«Dünən Böyük Palatanın kollegiyası bu müraciətə baxıb və qərarını verib. Beləliklə, qərar artıq qətidir və artıq icra edilməlidir. Bu o deməkdir ki, həmin qərarda göstərilən pozuntular aradan qaldırılmalıdır. Onun həbsi ilə bağlı qəbul olunan bütün qərarlar qanunsuz, əsassız, qeyri-hüquqidir. Bu halda Ali Məhkəmənin plenumu həmin qərarlara yenidən baxaraq onları ləğv etməlidir”.

Vəkil hesab edir ki, Azərbaycan hakimiyyəti üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşmalı, qısa müddətdə İlqar Məmmədovu həbsdən azad etməlidir: “Qərar qətiləşdiyindən 3 ay ərzində yerinə yetirilməlidir».

Yeri gəlmişkən, Avropa Şurasının baş katibi Torbyorn Yaqland da Avropa İnsan Haqları Məhkəməsinin qərarına istinadən Azərbaycan hakimiyyətini İlqar Məmmədovu azadlığa buraxmağa çağırıb.

İlqar Məmmədov 2013-cu ilin yanvarında İsmayıllı rayonundakı hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan mərhum edilib./azadliqradiosu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İşdən çıxarılan rəisin yerinə təyinat

15

Oktyabr
14:23
HÜQUQ,HADİSƏ
32

Azərbaycan Ukraynaya nota göndərib

15

Oktyabr
14:21
SİYASƏT
36

Sabahın hava proqnozu açıqlanıb

15

Oktyabr
12:48
ÖLKƏ
43

Everestin hündürlüyü yenidən ölçüləcək

15

Oktyabr
11:32
ELM / TƏHSİL
41

Bakıda 10 məktəb direktoru işdən çıxarılıb

15

Oktyabr
11:14
ELM / TƏHSİL
673

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

15

Oktyabr
11:07
HÜQUQ,HADİSƏ
25
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 15:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru